Real reviews about services, companies, and restaurants in Azerbaijan
Were you dissatisfied with the service or product of a company?
Or were you satisfied? Share your experience with everyone on Bələdçi.az
Featured Categories
- Apparel Stores
- Carriers
- Internet Providers
- Taxi
- Beauty and Care
- Clinics
- Training Centers
- Hotels
- Cargo
- Entertainment
- Dentists
- Flowershops
- Car Services
- Cafes
- Handymen
- Study Abroad
- Gyms
- Pubs
- All For Home
- Dry Cleaning
- Children's stores
- Insurance Companies
- Water delivery
- Equipment repair
- Sporting goods
- veterinarians
Want to anonymously write a review about a company?
Write a reviewLatest Reviews
-
Mən fiziki qüsurlu insanam. Bu gün Bərdə rayonundan Qaçqınlar qəsəbəsinə taksi vurdum. Taksi sürücüsü mənim fiziki qüsurumdan istifadə edib əlavə ödəniş tələb etdi, məni də hədələdi. Bu barədə şikayətimi məhkəməyə verəcəm. Təzminat üçün yox, haqqımı tələb edirəm; sürücüyə gününü göstərmək üçün şirkəti məhkəməyə verəcəm.
-
Kartımdan pul çıxılıb, amma Unibank hesabına daxil olmayıb.
-
Araz Neftçilər 2 ekspres kassada yaşadığım təcrübə, açıq desəm, ciddi şəkildə narazılıq doğurdu. Kassir Nüranə Z. xidmət zamanı həm olduqca ləng, həm də qeyri-peşəkar davranış sərgilədi. Ekspres kassa olmasına baxmayaraq, proses əsassız şəkildə uzandı və hər dəfə fərqli bəhanələrlə (sistemin guya işləməməsi, məhsulların “keçməməsi” və s.) vaxt itkisinə səbəb oldu. Bundan əlavə, müştəriyə qarşı münasibəti diqqətsiz və soyuq idi. Heç bir izah vermədən gözlətmək, suallara yarımçıq cavab vermək və ümumi laqeyd davranış açıq şəkildə hiss olunurdu. Belə yanaşma nə ekspres kassaya, nə də ümumilikdə xidmət sektoruna uyğun deyil. Rəhbərlik tərəfindən bu məsələyə ciddi nəzarət olunması vacibdir.
Read more... -
Uzun müddətdir artıq "Bolt" tətbiqdən istifadə etmirdim. Bu gün qonaqlarım Sumqayıt şəhərindən Bakıya gəlmək üçün bir taksi çağırmağı xahiş etdi; 23.7 falan qəpik sifariş etdi, 5 dəqiqəlik tıxaca görə gedişin sonunda məbləğ 36 manat oldu və bu artıq fırıldaqçılıqdır. Yenidən tətbiqdən istifadə etdim, peşman oldum. BOLT HEÇ KƏSƏ TÖVSİYYƏ ETMİRƏM!
-
2 dəfə 25 AZN ödəmişəm. İndi məsuliyyəti bankın üzərinə atırlar. Belə olmaz.
-
Mən İmişli rayon, Depo küç., bina [***], mənzil [***] sakiniyəm. Aztelekom hava xətti çəkdirmişdim, indi isə internetim ləğv edilib. Xahiş edirəm internetim bərpa olunsun. Hava xəttinin ödənişi ilə bağlı məlumatlar [***], internetimin nömrəsi [***], əlaqə nömrəm [***]. Baxışov Rövşən Elbəyi oğlu, İmişli rayon Mərkəzi Poçtunun/Aztelekomun müdürü Teymur Qarayevə müraciət edirəm, baxmır. Xahiş edirəm internetim bərpa olunsun; “qfon” xəttindən imtina edirəm, öz internetimin bərpasını istəyirəm.
-
Ужас. Я вообще не поняла, как мой заказ оказался в Старекс. Звонила много раз на горячую линию — никто не отвечает. Хочу узнать, где Низаминский филиал, так как, если по карте посмотреть, его там нет. В Инстаграме не отвечают. Вообще ноль.
-
15m yatırdım, sonra da qaldırdılar 25m, belə şey olar, özü də işləmir, düzünü kimə deyim bu dərdi?
-
Temu mal vurmuşam, mal gömrük rəsmiləşdirilməsi 10 gündən çoxdur saxlanılıb. Bu nə deməkdir?
-
Salam. İnternet yaxşı işləmir. Sürəti çox aşağıdır. Əlaqə saxlamaq istəyirik. Şikayətimizi kimə bildirək? Verdiyiniz nömrələr işləmir. Bu qədər məsuliyyətsizlik olmaz.
-
Salam, bəli, mən sizin müştərinizəm, olmaqdan məmnun deyiləm! Dəfələrlə zənglərimdə dəqiqələrlə gözləmişəm, zəngimi açmamısınız! Mən sizdən şikayətçiyəm!
-
Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar kəndi, Əsbət Əsədova müştəriləri ilə kobud rəftar edir. Çox özbaşınalıq edir, uyğun olmayan davranış göstərir. Kənd camaatı olaraq xahiş edirik, onu işdən azad edin. Əks halda hər şey pis olacaq. Birbaşa baş ofisə gedəcəyəm.
-
Rəşad Hüseynova demək istəyirəm ki, 24 saatdır mənim evimdə internet yoxdur. Demək istəyirəm ki, mən Vətən müharibəsinin qazısı, 3-cü qrup əliliyəm. İki gündür Rəşad Hüseynovun rəhbərliyi etdiyi şirkət məni yola verir.
-
Masallı rayonu Boradığa qəsəbəsində yerləşən Oba Marketə 1 insanın 2 Oba Marketə necə rəhbərlik edir, başa düşə bilmirəm. İş üçün getdim, mənə dedi ki, iş yoxdu. 2 Oba Marketə rəhbərlik edən Ruslan kimdi axı? Belə insanlar pul görən zaman davranışları dəyişir.
-
Salam Mən Leo hesabımdan M10-a ödəniş etdim. Lakin LeoBankdan ödənişin çıxılması təsdiq olunub. Amma M10-də ödəniş imtina olunub. Xahiş edirəm mənə kömək edəsiniz
-
Xidmətinizdən narazıyıq. Ya problemi düzgün şəkildə həll edin, ya da biz başqa şirkətlə əməkdaşlıq edək. Sahil qəsəbəsində, “Fətəli” binası kimi tanınan binada internet xətti zəifdir; ayda 3–4 dəfə internet kəsilir. Elə ay olmur ki, xətt nəzarətçilərinizlə əlaqə saxlamayaq. Birinci və sonuncu dəfə yazıram. Bir daha bu hal təkrarlanarsa, başqa şirkətlə müqavilə bağlayacağam.
-
Mən Omidin Gəncə filialının Avtozavod qəsəbəsindəki filialından 189 AZN Gold banyo dolabı (moydadır) endirimlə aldım, bu dolab olduqca səriştəsiz düzəlib, 1 dolabın iç, yan, rəflərinin ağ rəngi dəsmala çıxır, üzərinin fayans hissəsinin yalnız üst hissəsi boyanıb, alt hissəsi sadəcə gil materialdır, güzgüsünü quraşdırmaq üçün montaj şrupları və probkaları yoxdur, su axını üçün 50-lik xortumlu plastik boru yoxdur və Omid boyda nəhəng inşaat şəbəkəsinin belə bir keyfiyyətsiz mal satması inanılmazdır, mən heç məmnun deyiləm, sadəcə ustaya 35 AZN verdim, 10 AZN taksiyə verdim, quraşdırdı, bu gedən ziyanı kim ödəyəcək?
Read more... -
Xidmət bərbad vəziyyətdədir. Kombi almışam. Aldığım gündən eyni problem yaranıb. İki aydır işləmir. Usta gedir-gəlir, düzəldə bilmir. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət ərizəsi yazmışam.
-
Gəlin internetinizi çıxarın — lazım deyil. Verdiyiniz nömrələrə zəng çatmır, qaynar xəttlə də əlaqə saxlamaq olmur. Millətlə oyun oynayırsınız. Ramana sosial binalarda hamı narazıdır: internet düzgün işləmir. Gəlin çıxarın.
-
Sizin operatorlarınızın müştərilərlə danışıq qabiliyyəti yoxdur. Məlumat soruşuram, mənə lazımi cavabı vermədiyi halda, “bəs deyilmiş” kimi səsini qaldırıb, üzümə telefonu söndürür.
-
Mənə kredit vermirlər.
-
Bolt taksi xidmətindən narazıyam. Şirkətin siyasəti həm sürücü, həm də müştəri üçün ədalətsiz görünür: problemlər olduqda tərəfləri üz-üzə qoyur, özü isə məsuliyyəti üzərindən atır. Bu məsələ ilə bağlı hara və kimə rəsmi şikayət edə bilərik?
-
Salam. Servis xidmətindən narazıyam. Ödənişli xidməti belə düzgün yerinə yetirə bilmirlər. Operatorlar müraciəti düzgün qeyd etmir və ünsiyyət tərzi də qənaətbəxş deyil. Xahiş edirəm məsələ ilə bağlı tədbir görülsün.
-
Ödəniş edilib, amma Buzovnada dünəndən internet yoxdur. Kimə və hara müraciət edə bilərik? Zəhmət olmasa istifadəçilərə bu barədə məlumat verin.
-
İnternet artıq 24 saatdır işləmir. Nəyə görə pul ödəyirik? Buzovnada vəziyyət çox pisdir.
-
Crescent Mall filialında (administrasiya əməkdaşı Cavid bəy) barədə şikayətimi bildirmək istəyirəm. Müştəriyə laqeyd yanaşır, ünsiyyətində çox yaxın ifadələr ("qardaşım", "brat" və s.) işlədir. Dünən aldığım etiketsiz məhsulu dəyişmək üçün yaxınlaşdım, məsuliyyətsiz və kobud cavab verdi ("get, şikayət elə"). Belə davranışın ZARA-nı təmsil etmədiyini düşünürəm.
-
Bu sürücü yoldaşıma söz atıb, təhqir edib.
Companies with the most complaints
-
"Salam, 99XQ231 Beyaz • BYD Destroyer 05. Taksi mesaj yazaraq qiyməti soruşduqdan sonra qiymət xoşuna gəlməyib, taksini atkaz etdi. Bu nə qədər düzgündür?"
Go to company page
— Ş.ə -
"Буквально час назад. Я каждый день обновляю ежедневный пакет интернета, стоимость 2 манат. Я, как всегда, загрузил, и ответ: у вас нет интернета, а деньги ушли. Я позвонил оператору, в ответ: что тут ..."
Go to company page
— Anonymous -
"Salam, 3 gündür internet yoxdur, onlayn məşğələlərə qoşula bilmirik, zəng etmək üçün heç bir nömrə yoxdur, necə həll olunacaq bu problem?"
Go to company page
— Nüsrət -
"Mən bu gün getdim Binədə olan filiala. Orada işçi mənə məhsul haqqında məlumat vermədən əlavə məhsul yazmışdı. Mən müdirə bildirdim. Müdir kobud danışdı, üstəlik işçinin haqlı olduğunu bildirdi. Bu nə..."
Go to company page
— Eldəniz
