Were you dissatisfied with the service or product of a company?
Or were you satisfied? Share your experience with everyone on Bələdçi.az
1 aydan çoxdur ki, "xətləri dəyişirik" adıyla işlək internetimizi kəsibsiniz. Nə yenilənmə var, nə də bir şey. Hər gün zəng edirəm, "bu gün, bu gün" deyib yola verirsiniz. Bu nə vaxta qədər belə davam edəcək? Bu cür məsuliyyətsizlik olar? Sizin müştəri məmnuniyyətiniz budur? Azeronline, ölkədə ən keyfiyyətsiz internet provayderi olmaqdan başqa vətəndaşların haqqını, pulunu yeyirsiniz. Ödədiyim ödənişi, amma sizin məsuliyyətsizliyinizdən istifadə edə bilmədiyim internetin ödənişini geri qaytarın, heç olmasa.
İnternet yoxdur, heç bir telefona zəng etmək mümkün deyil, qaynar xətt işləmir. Elə bil şirkəti satıb qaçıblar. Haqqımı halal etmirəm.
Повысили оплату за интернет до 27 манат, где скорость? Платить за интернет который в любой момент может отключиться и сидеть полчаса без интернета
1 ulduz da çoxdur. Saat 23:20-də olan uçuş növbəti gün 05:35-ə təxirə salınıb və heç bir səbəb göstərmirlər.
Bu gün 57 AZN dəyərində sifariş etdiyimiz yeməyi kuryeriniz gətirmədi və bizi blokladı. Dediyinə görə, Pakistan vətəndaşıdır. İndi biz nə yeyək?
1 illik müqaviləm bitməyib, niyə 25 AZN ödəməliyəm ki? Üstəlik, 25 manat veririk, 50 MB internet verirsiniz.
Azeronline replies:
Salam.Sizə köməklik edə bilməyimiz üçün zəhmət olmasa sürəti ölçüb abunə kodunuzla birgə bizə yazın.Sürəti ölçmək üçün speedtest.net
Bakcell rəsmən oğurluq edir. İnsanların balansına xəbərdarlıq etmədən girmək oğurluqdur. 1.99 AZN heç nə bildirmədən, xəbərdarlıq etmədən balansdan silinir. 0.67, 0.25 qəpik və beləcə oğurluq baş alıb gedir. Əziyyətlə işləyib balans yükləyirik ki, sizin cibinizə getsin. İnternet verir, amma nömrədə internet yoxdur, köhnə knopkalı telefondur. İnsanların əsəbləri ilə oynamaqdan əl çəkin. Dəqiqə başı balansdan məbləğ silinib hansısa paketə qoşursunuz, ağlınıza gələni edirsiniz. Hamı bir nəfər kimi Bakcelldən çıxsa, hər şeyi hədiyyə paylayacaqsınız.
Salam, mən Azeronline çəkdirsəm, aylıq ödəniş nə qədər olacaq? Onu bilmək istəyirəm. Minimum.
Azeronline replies:
Salam. Tariflərimiz bu şəkildədir: 25 AZN - 100 Mbit , 150 Mbit/s - 30 AZN, 250 Mbit/s - 36 AZN təşkil edir..
Qətiyyən Bakcell müştərisi olmayın. Öz keflərindən sizi hansısa xidmətə qoşurlar (hansı ki həmin xidməti dayandırmaq olmur). Durduq yerə konturum çıxır. Hətta baxmayaraq ki, 1 aydan çoxdur kontur yükləmirəm, yazılır ki, nömrəniz aktivdir və bütün yerdə qalan konturum gedib. Ən bərbad işləyən şirkət ola bilər. Zəng edirsiniz, düşə bilmirsiniz, çox fırıldaqçı şirkətdir.
Bu gün səhər taksi sifariş etdik, 873 nömrəli taksi əvəzinə 872 nömrəli gəldi. Ünvana çatanda 1 manat əlavə pul istədi. 4.84 AZN yazılmışdı, biz də 5 manat verdik, sürücü əlavə 1 manat istədi. Bu qədər də olmaz. Nəzarət edin.
Salam, hər vaxtınız xeyir. Bu gün saat 00:05. 15 manat yükləmişəm hesabıma, amma tarif yenilənməsi – yəni 10 MB internet və 500 danışıq dəqiqəsi balansda görsənmir. Niyə? Səbəb nədir?
Sürücü çatmadığı halda mənə necə "gözləmə vaxtı bitdi" yazırsınız? Əlavə pul yazırsınız.
30 ildir ki, Bakcell işlədirdim, amma indi çox narazıyam və tərk etməyə qərar verdim. Özbaşına büdcədən pul çıxırlar, gah sms pulu elədilər, indi də zorla deyirlər ki, iki manatlıq danışmasan da onsuz da çıxırıq. Bu mənim şəxsi qazandığım puldur, istəsəm danışıram, istəsəm qoyuram qalır. Siz oğrusunuz ki, girib 5 manat çıxmısınız, hələ telefonum bir tərəfli bağlı ola-ola da bu gün girmisiniz? Əvəzində zorla mənə lazım olmayan təkliflər vermisiniz. İstəmirəm deyəndə, operator çiynini çəkir ki, şirkətin yeni qanunudur. Görəsən, bu özbaşınalığa tədbir görən olmayacaq? O zaman 30 ildən sonra mən də, ailəm də bu şirkəti tərk edib provayderi dəyişəcəyik!
Read more...Salam. Mənim balansımdan 20 manat çıxılıb, 1500 dəqiqə və 50 GB internet. Mən bu tarifi seçməmişəm. Xəbərim olmadan niyə tarifim dəyişilib? 555-ə nə qədər zəng vursam da, cavab verilmir. Xahiş edirəm, mənimlə əlaqə saxlayın.
Salam Rahat market ailəsi. Sizin Bayıl qəsəbəsi, Şəfəq küçəsində yerləşən Rahat marketin işçiləri çox məsuliyyətsizdir və müştərilərlə danışıq qabiliyyətləri yoxdur. Buna bir tədbir görülsə, gözəl olar. Hörmətlə.
Salam. Bu gün Bakıxanovdan Masazıra Bolt sifarişi etmişik. Maşında qadın və uşaq olub. Ravon 99 UG 081. Saat 16:01. Səviyyəsiz bir sürücü gəlib, maşında siqaret çəkib, söyüş söyüb. Elə bil meyxanadadır. Başa düşmürəm, bu səviyyəsizləri xüsusi imtahanla qeydiyyata alırsınız? Xahiş edirəm, bununla bağlı ölçü götürülsün.
Salam. Bu gün saat 17:00-da Bolt taksi sifariş verdim, hava limanına. Qiyməti 6.80 AZN göstərirdi, maşın gəldi, sifarişimi götürmədi. 3 maşın belə imtina etdi. Deyir ki, 20 manat ödəniş elə, aparım. Yəni 7 manatla 20 manat birdir? Yazışmada da yazıb, mən skrin edib başqa səhifələrdə paylaşacağam. Birinci növbədə insanlıq olmalıdır. 20 manata elə hava limanının taksisi ilə gedə bilərəm. Bolt sifariş edirəmsə, deməli, öz büdcəmə görə edirəm.
Bakcelldən şikayətçiyəm, xəbərim olmadan balansımdan 2 manat və 0.67 qəpik tutulub. Heç bir tarifə qoşulmamışam. Bu, xalqın cibinə girmək deməkdir. Hamı birləşsin, məhkəməyə verək. Telefona da cavab vermirlər.
1.99 AZN müqabilində nömrənizə 60 ölkədaxili dəqiqə və 1 GB internet paketi təqdim olundu. İstifadə müddəti: 15 gün. Belə şey olar? Bir soruşan yoxdur ki, istəyirsənmi, lazımdırmı sənə dəqiqə, internet? İcazəsiz, xəbərsiz pulu çıxırlar. Neyniyək, nömrəni tullayaq? Operatorla əlaqə saxlamaq mümkün deyil. 15 dəqiqəyə yaxın gözlədim, sonra musiqinin səsi başımı apardı, otboy verdim (insanı əsəbi vaxtı narahat edəcək ritmik bir mahnı seçilib). Müştəri xidmətinə zəng edən kəfini pozmur, nəsə narahatçılığı olur ki, zəng edir. Çatına girirsən ki, yazasan, deyir agentlərimiz məşğuldur. Dəlixanadır, konkret.
Read more...Salam. Axşamdan internet yoxdur. Səbəb nədir?
Bu nə deməkdir, iki dəfə mesaj gəlib ki, 0.66 AZN çıxıldı balansdan. Əvvəllər 1 qəpiklə öyrənirdik. Dələduzluqdur bu, yeni dələduzluq növü.
Aztelekomun işçiləri internet çəkməyə gəlirlər, biri deyir "ucluq" yoxdur, o biri deyir "danam acından öldü, gedirəm danaları yemləməyə". Bir sözlə, işçilər başsızdır, nəzarət sıfır səviyyəsindədir. Düzgün bir rəhbər işçi təyin etməyiblər ki, işi ardıcıl şəkildə bölsün. İnternetin sürətinə gəlincə, 100mbps deyirlər, amma heç 49 mbps yoxdur. Amma 27 AZN ödəmək tələb olunur. Bir sözlə, bardaq nəzarət yoxdur. Allah millətimizə kömək olsun.
Gün ərzində dəfələrlə internet kəsilir, 100 mbps sürət üçün 25 AZN alırlar, amma sürət 25-30 mbps, bəzən ən yaxşı halda 50 mbps olur. Modemləri çox zəifdir, naqillərin keyfiyyəti zəifdir. Əlavə olaraq, işıqlar tez-tez kəsildiyi üçün internet xidməti daimi əlçatan deyil.
99-XA-767 nömrəli ağ rəngli Hyundai Tucson sürücüsünün adı Aydandır. Bu sürücünün maşınında əşyamız qaldı, sonra zəng etdik, amma nömrəsinə zəng çatmadı və əşyanı geri qaytarmadı.
Ödəniş etmişəm, lakin pul oturmayıb. Yazıram və zəng edirəm, cavab vermirsiniz. Bank deyir bizdən çıxıb və onların balansına oturub.
Təəssüflər olsun ki, son zamanlar taksi sifariş edərkən qeyd olunan maşın nömrəsi əvəzinə başqa marka maşın, başqa nömrə ilə gəlir. Artıq ölçü götürmək zamanı gəlmədimi?
"Daimi istifadə etdiyim şirkət olsa da, çox şikayətçiyəm. Sifariş qəbul edilir, amma sürücü yerindən tərpənmir, göstərilən dəqiqə artıqca artır, nə yazır, nə zəng edib məlumat verir. Çox zaman isə təyi..."
— Aziza
"Salam. Bakcell şirkəti mənə zəng vuraraq dedi: "Azercell nömrəni keçirin Bakcellə, sizə yeni tarif verək — 29 AZN, 40 GB və 2500 dəq." Onnan sonra 1-2 ay keçən kimi avtomatik olaraq özləri keçirib "Da..."
— Elçin
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline replies:
Salam. Çətinlik davam edirsə abunə kodunuzu qeyd edin zəhmət olmasa.