Bolmart complaints and reviews
Have you used this company's services?
-
Səməd Vurğun küçəsində yerləşən ünvanda, müştərilər üçün ayrılmış yerdə maşın saxladım. Təxminən 5 AZN alış-veriş edib 10 dəqiqə sonra çıxış etmək istədim. Qapıda dayanan yaşlı kişi dedi ki, 20 AZN alış-veriş etməyən müştərini buraxa bilmərəm. Əvvəla, ailəmlə olduğum üçün dərinə getmədim. Bu tərbiyəsiz insanı kim təyin edib? Ora hansı ki 30 dəqiqə müştəri maşını ilə dura bilər.
-
Mən müharibə veteranıyam. Sizin marketdə məni 2 dəfə təhqir edirlər. Sizin nəzarətçi göz yumur. Mən məhkəməyə müraciət edəcəyəm, siz tədbir görmədiyiniz halda.
-
Bolmartın 28-də yerləşən filialında işləyən işçilərin bir çoxu məsuliyyətsizdir. Müştəri qarşısında kassada ancaq iş yoldaşları ilə danışıb-deyib gülürlər. Əlbəttə, danışmaq, gülmək olar, amma qarşında müştəri varsa, yolverilməzdir. Kassirə məhsul barədə soruşuram, heç məni saymır, hətta qarşı kassadakı iş yoldaşı ilə qeybət edir. Mən hər səhər oradan iş üçün səhər yeməyinə bəzi məhsullar alıram və hər səhər bu hal var orada. Xüsusən də xanım işçilərdə!
-
Tərbiyəsizlik olar bu qədər də yox. Satıcı Cahangir məni qarşısına qoyub uşaq kimi danışır. Müdiriyyəti çağırıram, Zülfüqar adlı birisi gəlir ki, müdir müavini. Deyirəm bu nə hörmətsizlikdir. Səriştəsiz biri deyir eləyib eləyib də. Ey Bolmart rəhbərliyi, müştəriyə yuxarıdan aşağı baxa bilməzsiniz. Sizə kim ixtiyar verir. Mən aidiyyəti orqanlara müraciət edəcəm və etdiyiniz tərbiyəsizliyə görə mütləq cavab verəcəksiniz. Bu tərbiyəsiz personalı olan Bolmart Salamzadə küçəsində yerləşir.
-
Salam, mən kurdəxanıda qalıram və bu market 11-də bağlanır, atam gec gəlir, atam gələnə qədər market bağlanır. Heç nə ala bilmirəm, nolar 12-də bağlasınlar.
-
Bolmart Yasamal (Ə. Haqverdiyev küçəsi) çörək bişirənlər kefləri istəyəndə bişirir, istəməyəndə bişirmir. Səhər saat 11-dir çörək çeşidləri yoxdur. Neçə gündür saat fərqi ilə gəlirəm konkret bir çörək üçün və bu qənaətə gəldim ki, bu dükanda qrafikli iş aparılmır, çörək bişirənlərin kefindən asılı qalmışıq.
-
Mən müdüriyyətdən şikayətçiyəm, 20 yanvardakı bolmartdan Salamzadədəkidən şikayətçiyəm. Müdiriyyət adamla elə tonla və elə rəftar edir ki, elə bil borcluyam, məhkəməyə verməyə polnu haqqım var. İşçilərə məcburi satış tələb edir, getməyən malları deyir qapının ağzından adam tapın malları satın. Bu işə baxılsın, yoxsa ərizə yazıb işdən çıxın deyir bizə.
-
Deməli, bu gün çörək aldım, lakin evə gəldikdə dadının qıcqırmış olduğunu gördük. Çörəyin tarixi isə bu günü göstərirdi, lakin altında başqa tarixin olduğunu gördük, köhnə məhsulun üzərinə yeni tarix vurub insanları aldadırlar. Mağaza bolmart (Mehdiyev)
-
Salam, Naxçıvan "Əyləncə" adındakı şöbənizdən şikayətçiyəm. Bilərəkdən şüşə bankaları elə yığıblar ki, insanlar istəmədən toxunur, düşür, qırılır, pulunu alırlar. Yəqin satılmayan malların pulunu bu yolla çıxarırlar.
-
Salam, mən Naxçıvandan yazıram. 3 aydır ki, Naxçıvanda Aktiviya tapmaq olmur. Bugün səhər Bolmarta getdim, gördüm ki, soyuducuda paketlərdə Aktiviyalar var. Soruşdum ki, satılıqdır dedilər, yox vaxtı keçmiş aktiviyalardır, vazvratdı. Satışa çıxmadan necə vazvrat ola bilər? Soruşanda da deyirlər ki, iş çoxdur, vura bilməmişik vitrinə. Ayıbdı Bolmart belə elədisə, daha kimə güvənək?
Bələdçi.az has no affiliation with Bolmart. All reviews are added by individual users. Bələdçi.az is not responsible for the content or truthfulness of the experiences. The company rating is calculated based on user ratings.
Bolmart in Baku reviews, reviews about bolmart in Azerbaijan, Bolmart complaint, bolmart reviews, Bolmart campaigns, Bolmart complaint, address
in Baku
