Real reviews about services, companies, and restaurants in Azerbaijan
Your experience matters.
Whether positive or negative, share your honest review of a company's product or service on Bələdçi.az.
Featured Categories
- Apparel Stores
- Carriers
- Internet Providers
- Taxi
- Beauty and Care
- Clinics
- Training Centers
- Hotels
- Cargo
- Entertainment
- Dentists
- Flowershops
- Car Services
- Cafes
- Study Abroad
- Gyms
- Pubs and Bars
- Dry Cleaning
- For kids
- Insurance Companies
- Water delivery
- Equipment repair
- Sporting goods
- Veterinarians
Want to anonymously write a review about a company?
Write a reviewLatest Reviews
-
Salam, Yardımlı rayonu, Ərus kənd sakiniyəm. İnternet çəkilməməsi ilə bağlı müraciət etdim, kənd ərazisində bütün evlərə internet çəkilib, təkcə mənim evimdən başqa.
-
Ən bərbad kargo. Bağlama gecikir. İnstagramda yazırsan, cavab verən yoxdur. Zəng edirsən, bir saat gözlədib sonra cavab vermirlər. Ümumilikdə bir bağlama bir aya yaxın gəlir.
-
За 2 дня посылка прибыла из Китая в Азербайджан. А с 08.08.2024 т.е. 20 дней как не доходит до меня. Даже пешком давно уже доставили бы.
-
22B5ZLB. Abunə kodu verilsə də, vətəndaş olaraq internetin çəkilişini tələb etdikdə Daşkəsən rayonunun ATES-in müdiri çəkiliş üçün işçilərinə on manat “şirinlik” verilməsini tələb edir. İşçilər də bu səbəbdən pul verməyənə internet vermirlər. Ümumilikdə təxminən 100 ev olan qəsəbədə 1 karopka qoyulub. 8 çıxışlı xətlər qanuna uyğun çəkilməyib, karopka bloklarda yerləşdirilməli olduğu halda çöldə yerləşdirilib. Şikayət edəcəyimi bildirdikdə, “hara şikayət edirsən et” cavabını aldım, heç kimdən qorxmurlar.
-
Salam, fiber optik internetini ləğv etmək istəyirəm.
-
Salam, ödəniş etmişəm, amma internet açılmır.
-
Salam, internetdə tez-tez kəsintilər mövcuddur. Bəzən 1 dəqiqə ərzində 2-3 dəfə internet kəsintisi olur. Müraciət etmişəm, amma nədənsə maraqlanan yoxdur. İmkan varsa, mənə köməklik göstərin.
-
Salam, mənə məxsus Temu-dan gələn bağlamam kuryerə təhvil verildi, ESM aldım 166 Kargo-dan. Birinci gün idi. Hələ də bağlamam mənə çatmayıb. Xahiş edirəm aydınlıq gətirəsiniz. UTD16********.
-
Həqiqətən internet müqavilədə göstərildiyi kimi deyil. Zəhmət olmasa, qiyməti qaldırdığınız kimi 100mbps sürətlə təmin edin.
-
Əvvəl dediyiniz sürəti qaldırardınız, sonra qiyməti. Heç 1% qalxmayıb, niyə bu xalqın əsəbləri ilə oynayırsınız? Heç olmasa bir az “vicdanınızı” qaldırın.
-
Tətbiqi düzəltmək fikriniz yoxdur? Orada qalan balansı karta necə köçürmək olar? Çox bərbad vəziyyətdədir.
-
Ужасная компания, испортили дорогой антиквариат и послали грузчиков договориться. Как грузчик может возместить мне ущерб, у компании никакой ответственности нет, ни страховки за испорченный мебель одним словам ужас просто
-
Salam, Azercellin daimi müştərisiyəm. Lakin son zamanlar internet paketlərinin qiymətindəki kəskin artım və buna baxmayaraq internet sürətinin olduqca zəif olması məni təəssüfləndirir. Qısa müddətdə bu problemin həll olunması üçün sizə müraciət edirəm.
-
İnsanların cibinə girməyin. Vətəndaş 12 aylıq müqaviləni pozduqda 140 manat cərimə alırsınız. Yaxşı, onda deyin görək, müqavilədə qeyd olunan sürət olmadıqda və ya internet işləmədikdə niyə provayderlər vətəndaşa geri ödəniş etmir? Axı siz müqavilədəki öhdəlikləri pozmuş olursunuz. Yeni tarifə əsasən 100mbps üçün 25 manat aldınız, amma 100mbps sürət yoxdur. Biz hara, kimə müraciət edək?
-
Salam, aylıq ödənişim 13 manat idi, indi niyə görə 25 manat olub? 13 manat olanlarda az olmalı idi, axı.
-
Salam, mən bu gün Zabrat 2 stansiyasından evə taksi sifariş etdim, kartla, lakin internetdə guya taksi məni Zabrat 2 stansiyasından götürüb Maştağa Daş Karxana ünvanına çatdırdı. Halbuki mən taksini görmədim və nəticədə 2 körpə uşaqla orada qaldım. Mənim kartdan pulum silindi, təkrar taksi sifariş edə bilmədim. Taksi sürücüsü ilə əlaqə saxladım, o isə Bolta girə bilmədiyini dedi. Bu nə cür sürücüdür? Mən Bolt xidmətindən istifadə edirəm, bu isə girə bilmir və guya məni ünvana çatdırır. Pulun geri qaytarılması və belə sürücülər barədə tədbir görülməlidir. 2 körpə, temperaturu olan uşaqla yolda qalmağım və kartımdakı son pulun silinməsi sizin haqqınızda mənfi fikir formalaşdırdı.
Read more... -
Salam, kartımdan pul silinir, amma siz hara getdiyini bilmirsiniz? Bu gün 50 dəfə əməkdaşınızla danışmışam! Sizdən kimə şikayət edim?
-
Sizin şirkətin kuryeri niyə hörmətsizlik edir?
-
Hal-hazırda bu şirkətdən taksi sifariş etdim. Qapıya gəldi və geri qayıtdı. Maşının nömrəsi 997-dir. Sürücü qışqıraraq dedi ki, mən yük götürə bilmərəm. Yüklər iki balaca səbət idi. Üstəlik, ünvana çatanda 3 manat yazmasına baxmayaraq 7 manat aldı. Məqsədiniz nədir? İnsanları infarkt etmək? Sürücülərinizə diqqət yetirin, insanlarla rəftar etməyi bacarmayan sürücüləri niyə işə götürürsünüz? Sizə belə rəftar edilsə, xoşunuza gələr?
-
26.08.2024 tarixində internetdə problem olduğu üçün 8220-yə zəng etdim, amma işləmirdi və kontur tuturdu. Veb saytın çatı da cavab vermir. Çox pis şirkətdir, dələduz yığınıdır.
-
Çox güvənsiz, problemli proqramdır. 6 gün əvvəl pul nağdlaşdırma etmişəm, hesabdan pul çıxıb, amma ala bilməmişəm. Kapitala zəng edirəm, “M10-un problemidir” deyirlər, M10 isə “Kapitalın problemidir” deyir.
-
Mən internetdən imtina etmək istəyirəm. Zəng vururam, Azeronline kontur yığır, amma cavab verilmir. Mən necə imtina edim? Əlaqə saxlayıb deyə bilmirəm.
-
Salam, zəhmət olmasa modemi yeniləyin. Zəifdir, yeni tariflə işləyək. Cavab gözləyirəm.
-
Bizim yaxın qohumumuz rəhmətə getdiyi üçün sizdən xahiş etdim ki, anamın biletini 2 gün əvvələ dəyişəsiniz. Siz məndən ölən adamın ölüm şəhadətnaməsini, üstəlik də ASAN xidmətindən sənəd istəyirsiniz. Ayıb olsun sizə. Biz ölü sahibinə bu sözü heç vaxt deyə bilmərik, 1 bilet üçün belə davranmaq biabırçılıqdır.
-
Salam, hal-hazırda Naxçıvanda 20 abunəçiyə bir nəfər xidmət edir.
-
Genclik Mall Cinnabonda çox pis bir hadisə baş verdi. Orada çalışan bir qadın balaca uşağın qolunu burub, döyərək oradan uzaqlaşdırdı. Yaxınlaşıb irad bildirdikdə isə “o, dilənçidir” deyərək cavab verdi. Demək istədiyim odur ki, uşaq təəssüf ki, valideynini seçə bilmir, diləndirilir, amma o uşaqdır. O qadın hansı haqla, hansı səlahiyyətlə uşağı döyə bilər? Əlbəttə, günahsız uşağı döyməyin qarşılığını o qadın alacaq.
-
Salam. Çox biabırçılıqdır. Sizdən gələn yeməkləri yedikdən sonra mən və yoldaşım ikimiz də qusduq, bütün mədəmiz qarışdı. Səhər həkimə gedəcəyik, əgər bir şey aşkar olunsa, sizə şikayətimi bildirəcəyəm. Yemək Bolt Food vasitəsi ilə çatdırılıb, hər şey telefonda qeyd olunub.
Companies with the most complaints
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Go to company page
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Go to company page
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Go to company page
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Go to company page
— Ruslan
