Real reviews about services, companies, and restaurants in Azerbaijan
Your experience matters.
Whether positive or negative, share your honest review of a company's product or service on Bələdçi.az.
Featured Categories
- Apparel Stores
- Carriers
- Internet Providers
- Taxi
- Beauty and Care
- Clinics
- Training Centers
- Hotels
- Cargo
- Entertainment
- Dentists
- Flowershops
- Car Services
- Cafes
- Study Abroad
- Gyms
- Pubs and Bars
- Dry Cleaning
- For kids
- Insurance Companies
- Water delivery
- Equipment repair
- Sporting goods
- Veterinarians
Want to anonymously write a review about a company?
Write a reviewLatest Reviews
-
Çox bərbad bankdır. 1 aydır mənim debet bolkart (gümüş kartlarımı) bloklayıblar və mən bunu ayın 9-u bolkartdan pul ödəmək istəyəndə bilmişəm. O gündən bəri sorğu yaradılıb, heç kim bu məsələyə baxmır. Nədi, nədi, debetə xaricdən pul köçürməsi olub. Başa düşmədim, bu debet kartlar nə üçündür, asanlıqla istər yerli, istərsə də xaricdən pul köçürmələri üçündür. Bu azmış kimi heç müştərisinə xəbər də verməyib ki, sizin kart bizim bank tərəfindən bloklanır; bu nə qaydadır, bu nə qanundur? Harda var belə qayda? Müştərinin icazəsi olmadan? Debet kartımda 954 AZN pulum var; Bank of Baku bunu mənimsəyir, özünə götürmək istəyir. Baş ofis atır filialın üstünə, filial atır baş ofisin üstünə. Başa düşmədim, bu işə niyə baxmırlar? Vallah, kreditin vaxtına 5 gün qalmışdan bildiriş ardıcıl göndərirlər. Ondan da heç müştərini axtarmayanda niyə axtarmırsız? Az qala müştərinin bütün nəslinə zəng edirlər. Burdan ortaq məxrəc o çıxır ki, bank öz mənfəətini güdür, müştəriləri yox! Milyon işçi var, heç biri bu məsələyə baxmır. Pul verib ya da adam olub orda oturmaqdı deyil, gərək orda otuzdurduqlarının bir savadı olsun.
Read more... -
2 gündür internetdən istifadə etmək olmur, zəngdə edilir, cavab verilmir, biyabırçılıqdır.
-
Bir marketdən mal sifariş etmişəm. Tam 8 gündür gəlib Bakıdadır amma çatdırmırlar. 3 iş günüdür dalbadal əlaqə saxlayıb deyirəm ki, malın ünvanını deyin, özüm götürərəm, deyirlər harda olmadığını araşdırırıq. Bu qədər məsuliyyətsiz və işləməyi bacarmayan insanlar hələ ömrümdə görməmişdim. Qatı sürətdə onlarla işləməyin!
-
Artıq pul götürürsüz hər dəfə. Dünən taksi sifariş elədim, bolt send, qiymət 7.50 yazılmışdı, çatanda şofer 13 AZN istədi. Nəyə əsasən? Bu birinci dəfə deyil, həmişə belə edirsiniz! Cavab verərdiz zəhmət olmasa.
-
Yalanndan nömrə qoymusunuz, niyə heç birinə cavab verirsiniz? Camatı uşaq yerinə qoymusunuz? Bir neçə dəfə dəyişəcəyəm, cavab verməsələr, hara lazımdır şikayət edəcəm.
-
Salam. Kontakt Home şirkətinə ünvanlanır! Mən sizin daimi müştərinizəm, hər zaman texnika almaq istəyəndə birinci ağlıma sizin müəssisə gəlib. Nəğd və kreditlə hər zaman sizdən məhsul almışam. Təxminən 2 ay bundan əvvəl mənim bağ evimə kondisioner quraşdırıldı. Gələn usta dedi ki, 2-ci mərtəbə olduğuna görə mənə lesa gətizdirin, amma halbuki 8 metr uzunluğunda pilləkən onların özlərində var və o pilləkən rahatlıqla montaja yararlıdır. Mən 150 AZN verdim, lesa gətizdirdim və usta işini gördü, getdi. Təxminən 1 ay sonra kondisioner soyuq hava vurmamağa başladı və mən Kontakt Home Mərdəkan filialına müraciət etdim. Onlar ayrı usta göndərdi, gələn usta öz pilləkəni ilə məsələni həll etdi və dedi ki, əgər yenə belə bir hal baş verərsə, o zaman bütün borular dəyişilməlidir. 2 gün keçdi, yenə eyni hal baş verdi və mən yenidən Mərdəkan filialına müraciət etdim. Bu gün mənə zəng gəldi, deyildi ki, siz ora yenidən ayaqaltı quraşdırmalısınız. Operator xanım bunu dedi, mən isə bununla razılaşmadım və dedim ki, 2-ci gələn usta ora çıxıb problemi həll edə bilirsə, mən nəyə görə artıq 150 manat verib lesa gətizdirməliyəm? Bu problem 1-ci gələn ustanın işi bilmədiyinə görə olub, nəyə görə mən onun buraxdığı səhvə görə vəsait ödəyib lesa gətizdirməliyəm? Xanım operator mənə dedi ki, siz gətizdirməlisiniz. Mən də dedim ki, o kondisioner düzəlməyənə qədər mən də sizin Kontakt Home-a aid olan kreditlərimi ödəməyəcəyəm. Təşəkkürlər.
Read more... -
Сайт мошенников. Заказал планшет с 4G а прислали вай-фай версию.
-
Salam, mən Boltla taksi sifarişlərini kartla vururam. İmtina olunduğu təqdirdə ödənişlər tutulub. Kartda +məbləğ göstərir, lakin pul artımı olmur. Aşağıda bir nümunə göstərmişəm, onlarla belə hall təkrarlanıb.
-
Salam, 31.08.2025 tarixində təxminən səhər saat 8:00 radələrində Bakı-Ələt yolundakı filialınızdan alış-veriş etdim və ödənişi kartla edəcəyimi bildirdim. İlk cəhddə ödənişin baş tutmadığını bildirdilər və ikinci dəfə kartı yaxınlaşdırdım post terminala. Sonda məlum oldu ki, ödəniş iki dəfə çıxıldı. Bildirdilər ki, ödənişin biri gün ərzində sizə geri qaytarılacaq. Hələ də ödəniş qaytarılmayıb. Məbləğ 40.07 AZN. Zəhmət olmasa, məsələyə baxıb məbləğin geri qaytarılmasını təmin edəsiniz.
-
Məryəm adlı əməkdaşınız telefonu üzümə otboy verdi. Suallarıma da əsaslı cavab tapa bilmədi. Belə aqressiv işçi haqqında tədbir görün.
-
Mən başqa bir provayderi (biyabırçı) qovdum, sizə müraciət etdim (çox təriflədiniz) bu nədir belə! Servis hara baxır, mən hər ay nəyə pul verirəm?
-
Salam, mən 4 ildir bolt şirkətində işləyirəm, mən 1 ildir də çatdırılma xidməti göstərirəm, elə bir səbəb olmadan mənim profilim bloklanıb, sizdən xahiş edirəm, bu barədə bir ölkə götürəsiniz.
-
777-yə zəng eləmək olmur. Operatora qoşulma çox vaxt aparır. İnternetə qoşulma zəifdir.
-
Çox narazıyam, karta 426 AZN vəsait var, kartı blok ediblər, mən də Gəncədə qalıram, baş ofisdə bakidadı deyir, baş ofisdə yaxınlanişin məlumat verək, hələ bilinmir, pulumu verəcəklər ya yox.
-
Bu gün XL taksi vurduq taksi məlumatlarında minivan geyd olunmuşdu, bizdə 6 nəfər idik, gələn taksiyə zatən yerləşirdik, amma o şəxs ağzına nəlayiq söyüşlər alarağ 6 xanımı da təhqir elədi, məncə bolt şirkəti arada belə tərbiyəsizlərlə məşğul olsun.
-
Siz ya bu sistemi ya normal işlədin işlədə bilmirsinizsə, bağlayın canımız qurtarsın. Sizin əlinizizdən bezmişik, artıq sizin bu dələduzluqlarınızdan ancaq şikayət edir. Hamı sizdən boğaza yığmısınız, nə operatorlarınız normal adama cavab verir, nə şikayət nömrələrinə işləyir. Nə də ki, düzgün işləyirsiniz, kuryerinizdə ayrı bir global problemdir. Nəyə işləyirsiniz belə vəziyyətdə utanmırsınız da, biabırçılıqdır. Sizin yerinizdə biz utanırıq. Artıq bərbad işçilər, bərbad sistem, gərək sizdən şikayət edək, gərək hər yerdə rusvay olasınız, millət sizə şikayət etməkdən bezdi. Siz bu birabırçılıqdan davam etməkdə utanmırsınız. Hələ də.
Read more... -
Salam, mən bu gün bolt zakaz vermişəm, gediş haqqı 10.40 AZN göstərdi, sürücü ünvana yaxınlaşanda deyir, məndə 11.40 AZN göstərir. Bunu necə başa düşək?
-
Çatdırılma xidməti öz başına qərar verir, məhsulu bugün gətirməli idi, başqa vaxt gətirəcəyin deyir, qaynar xəttə yazdım, kuryer ərazidən uzaqlaşıb, başqa vaxta gətirəcək deyir.
-
Отвратительная работа. Списывают деньги. Хочу дозвониться до 555, ничего не получается. Кроме как с ИИ не с кем поговорить, и даже он захлёбывается! Операторы не отвечают... К сожалению, но придется переходить на азерсель...
-
Salam, mən 11 gb-lıq internet paket işlədirəm, mənə hər gün sms gəlir, sizin nömrəniz bir tərəfli bağlanır balansını artırın. Axı mənim büdcəm artıq deyil axı. Büdcəm 16.61 idi, internet paket aktivləşdirim, bitdi, axı mənim əlavə büdcəm yuxdu, əlavə vəsait vurum. Bu nə olan şeydir. İnterneti işlədə bilmirəm, Yerlim tarifinə təkrar qoşuldum, üzərindən 5 gün keçib, indi yenə yazır, sizin xəttiniz bağlanıb. Hər kəsin eyni büdcəsi yoxdur, kimisi işləyir, kimisi işsizdir. Bu nəyə lazımdır, 3-5 AZN vurursan, 3-5 günə xət bağlanır. İnternet işlətmək olmur.
-
Ümumiyyətlə, yeni istifadə etməyə başladım, amma çox peşman oldum, aldığım mallar qüsurlu və keyfiyyətsiz çıxdı. Qaytarmaya verdim və hələ ki, bir şey yox. Siz də bir şeylər alıb da peşmancılıq etməyin.
-
27 may 2025-də ayfon 16 pro aldım. 1 həftədən sonra xarab oldu qaytarmayırlar, yolladılar diaqnostikaya, neçə aydan sonra dedilər ki, düzəlib. gəl apar. 3 aya 400 AZN cərimə yazıblar, deyillər hamısını ödəməsəm verəcəyik məhkəməyə. Xarab telefon satdıqları bəs deyil hələ cərimə də yazılar haramzadələr.
-
Səhər saat 9:25 zakaz vermirəm. 25 dəqiqə göstərdiyi üçün otkaz etmişəm. 90-YV-626 adını Rahib göstərir. Təkrar zakazda yenə də qəbul edib. Saat 10:36-dır. Nə telefona, nə mesaja cavab vermir. Yerindən də tərpənmir. 40 dəqiqədir mən artıq işə çatmışam. Xahiş edirəm ciddi ölçü götürəsiniz.
-
Sürücülər sifarişi götürmür. Bu sürücünüz isə sifarişi götürüb və gələ bilməyəcəyini deyib, məndən otkaz etməyimi istəyir, otkaz etmədikdə çatıb olaraq qeyd edib, amma maşın ünvana çatmamışdı. Zəng edirik, zəngləri açmır, açdıqda isə kobud danışır.
-
Salam, Mən illərdir ki, Nar istifadəçisiyəm, full paket istifadə edirəm, paketdə internet bitib, mənə xəbərdarlıq gəlməyib, anidən üç sms ard-arda gəldi ki, 1,3,5 AZN internetə xərcləndi. Mən mobil interneti söndürdüm, xeyli müddət keçəndən donra mənə sms gəlib ki, paketdə internet bitdi, bu tərsinə olmalı deyildi? Əvvəl xəbərdarlıq, sonra bitdi, sonra əlavə nə istifadə edildi o. Mən məndən qanunsuz çıxan 9 manatı geri istəyirəm. Sms şəkillərini indi sizə də göndərirəm. Ümid edirəm, ədalətli davranacaqsınız.
-
Mən, Ceyla Zeynalova 30 avqust 2025-ci il tarixində ABB Bank mobil tətbiqi vasitəsilə UPT sistemi ilə Türkiyədəki Akbank hesabına pul köçürməsi etmişəm. Lakin bu günə qədər vəsait qarşı tərəfin hesabına çatmayıb. Məsələ ilə bağlı dəfələrlə yoxlama aparmışam, online chat’a yazmışam, hətta banka da getmişəm, lakin əməliyyat hələ də tamamlanmayıb. Bu, həm vaxt itkisinə, həm də ciddi narahatlığa səbəb olur. Qarşı tərəfə də gözlətmə üçün əlavə xərc olur. Xahiş edirəm, köçürmənin vəziyyəti barədə təcili araşdırma aparılsın və mənə rəsmi cavab təqdim edilsin. Əlavə olaraq, gecikmənin səbəbi izah edilsin və əməliyyatın dərhal icrası təmin edilsin. Əks halda, aidiyyəti dövlət qurumlarına müraciət etmək məcburiyyətində qalacağam.
Read more... -
Mən kontakt home Oğuz rayon filialından kreditlə telefon aldım 05 iyun 2025-ci il tarixdə və həmin 1 il müddətinə qeyd olunan telefona zəmanət verilib. Lakin bu gün mən telefonda yaranmış bir problemlə bağlı qeyd olunan filiala yaxınlaşanda mənə telefonun bərpasının 14 iş günə mümkün olacağını bildirdi, bu da bir ay çəkəcək. Mən anlamadım, bir ay mən istifadə etmədiyim bir telefonun niyə kreditini ödüyüm? Yaxud bəs mən bir ay müddətinə telefonla istifadə etmiyim? Bu müasir dövrdə heç nə anlamadın. Xahiş edirəm, mənə köməklik göstərəsiniz.
Companies with the most complaints
-
"Kartımdan Bolt pul çıxır, gediş haqqı olmadığı halda bunu təcili düzəldin!!!"
Go to company page
— Sevda -
"Baksel müştəri xidmətləri insanları aldatmaqla, ələ salmaqla məşğuldurlar. Nömrə daşınması ilə bağlı müraciətimə baxmayaraq bir aydır on dəfələrlə əlaqə saxlamışam, amma heç bir səbəb göstərmədən “bir..."
Go to company page
— Vüsal -
"Çox bərbad işləyir, nə də ki nömrələrinə heç bir zəng çatmır. Heç bir nömrəyə, internetdən götürdüyüm nömrəyə belə, zəng çatmır. Bununla bağlı tədbir görəsiniz, zəhmət olmasa. Pulu çöldən yığmırıq ki,..."
Go to company page
— Anar -
"Bu şirkət çox bərbad şirkətdir. 10 ildir bunların müştərisiyəm, mən 4 aydır telefon aldığım şikayətə baxan yoxdur."
Go to company page
— Ruslan
