Oba Market complaints and reviews
Have you used this company's services?
-
Salam, sizin Gəncə şəhəri reklamın yanında Oba Market var, işçiləri çox ləyaqətsiz insanla rəftar edirlər, belə şey olar.
-
Sizin Siyəzən filalında işləyən əməkdaşınız bu günləri həqiqətən böyük bir cəsurluq etdi. Maşın qəzasında pis hala duşmuş balaca bir uşağın həyatını demək olar ki, o xilas etdi, heç kim yaxın durmurdu. Söhbəti gedən əməkdaşınız obadan su da gətirdi, ilkin tibi yardımda etdi, həqiqətən çox sağ olsun. Nə qədər ki, elə oğullarımız var, bu vətən bu millət rahat yaşayacaq. Mənim və ailəmin adından həmin əməkdaşınıza təşəkkürlərimizi bidirməyinizi xahiş edirəm.
-
Binə Atçılıqda 4 yol marketin yanındakı Oba marketdə son istifadə tarixi keçmiş mallar satılır və vitrində bir qiymət, kassada başqa qiymət yazılır. İrad bildirəndə isə hay-küy salırlar.
-
Salam. Neftçala Obalarına verilən çörəyə duz qatmırlar. Bu nə məsuliyyətsizlikdir? Və çörəyin xəmiri qat-qat içində qalır. Bu cür hərəkət yolverilməzdir. Xahiş edirəm, dərhal bu məsələyə əl atılsın.
-
Salam, Yasamalda Avropa-Azərbaycan məktəbinin məhəlləsində beş mərtəbəli binaların altında yerləşən Oba marketin əməkdaşları və müdiri sakinlərlə az qala əlbəyaxa dava edirlər. Maşınların harada saxlanılması ilə əlaqədar olaraq maşını döyə-döyə bizə əmr verirlər, “burda saxlamayın” kimi sözlər deyirlər. Bərk qışqırıb nalayiq sözlər işlədərək dava edirlər. Öz həyətimizdə market bizi qovur. Xahiş edirəm, orada çalışanlara və müdir xanıma vəzifə öhdəliklərini xatırladasınız, yoxsa biz xatırlatmalı olacağıq.
-
Salam. Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən Oba marketdə işçilər etik davranış qaydalarına riayət etmir, müştərilərlə kobud davranırlar və vəzifə öhdəliklərini yerinə yetirmirlər. Xahiş edirəm, bu barədə tədbir görəsiniz.
-
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 nömrəli məktəbin yanında yerləşən Oba marketin anbarının yanında küçə alveri ilə məşğul olan şəxsə görə, Oba marketin anbarına gələn yük maşınları məhəllənin yolunu bağlayır və yanındakı obyektin qarşısını kəsir. Məhəllə sakinləri artıq təngə gəlib. Hər dəfə bu hal baş verir. Xahiş edirik Oba marketin rəhbərliyindən bu məsələni tez bir zamanda həll etmələrini.
-
Salam. Xırdalanda köhnə bazar istiqamətində yerləşən mağazanızda satıcı məbləği düzgün qaytarmayıb və tələb etdikdə məni təhqir edib. Ölçü götürəcəyinizə ümid edirəm
-
Ayna Sultanovada olan filialin daimi musterisiyem. Sadəcə mən ora girəndə elə bil düşmən girəm. İş yerimin yanında tək yaxın mağaza odu hər dəfə məcbur qalib girəm işçiləriniz çox bərbadı hər birində problem var atmacalı sözlər atılar xahiş edirəm bu işə baxılsın
-
Salam, mən iş üçün baş ofisə yaxınlaşdım, və məni tələbə olduğum üçün işə qəbul etmədilər, heç bir yerdə belə bir qanun yoxdur ki tələbəni işə qəbul etməyəsiz, hətta bir çox filiallarında da tələbə işçiləri var, şikaytçiyəm. Zəhmət olmasa bununla bağlı müvafiq tədbir görülsün.
Bələdçi.az has no affiliation with Oba Market. All reviews are added by individual users. Bələdçi.az is not responsible for the content or truthfulness of the experiences. The company rating is calculated based on user ratings.
Oba Market in Baku reviews, reviews about oba market in Azerbaijan, Oba Market complaint, oba market reviews, Oba Market campaigns, Oba Market complaint, address
in Baku
