Yango complaints and reviews
Have you used this company's services?
-
Отвратительно! Водитель просит отменить и еще пишет что не принимает тех, кто картами оплачивает!
-
Yango, sizin şoferinizdən xəbəriniz var? Yaşı, yaş deyil, 70-i keçib, özünü apara bilmir. Dəhşət bir hadisə ilə rastlaşmışam bu gün. Birinci mənə deyir ki, nə qədər pul verəcəksən? Dedim 6 man. Deyir: "Daha çox ver də, nə olar ki?" Dedim: "Xeyir ola??" Dedi: "Yaxşı, yaxşı." 5 dəqiqə keçmədi, ştraf gəlib ona 40 man deyir. "Aydaa, görürsən? Olmaz idi orda saxlamaq? Vay..." Belə də edir, qışqıra-qışqıra. "Mən necə ödəyim bunu?" Halbuki başqa ətrafı mənim üstümə nişanlayır. Dedim: "Başa düşmədim, mən sizə pul verməliyəm bəyəm? Siz başa düşürsüz nə danışırsız?". Sonda yenə, əlində maşın sürən yerdə rula vurur, dəli kimi qışqırır, sürəti artırır və sürət ola-ola maşını əyri sürür. Maşınlar hamısı siqnal verir ona ki, bu nədir? Maşın az qala çırpılacaqdı. Adamı görmədi, ayağı ilə vurdu harasa. Sadəcə o qədər halsız idim ki, o an yazmadım sizə təhlükəyə görə. Sonra saxladı yolun ortasında, sürmür, maşınlar siqnal verir, bu dayanıb telefonda nəyəsə baxır. Deyirəm: "Dayı, mən işə gecikirəm. Üstəlik danışığınızı bilmirsiniz və mənim halıma baxın, niyə mən qorxu və stress içində getməliyəm?" Rəsmən əsirdim, vallah. Axırda necə çatmışamsa, Allah qorudu. İndi o stressdən özümə gələ bilmirəm. Niyə hansısa belə insanlara görə mənə zərər gəlməlidir canıma??? Bu nə şoferlərdir siz yığmısız? Camaatı da bədbəxt edirsiniz! Az pul da verilmir sizin taksilərinizə. Biabırçılıqdır! Mən başqa yerlərə də şikayət edəcəyəm, bununla bitməyəcək!!! Sürücünün bütün məlumatlarını qeyd edirəm, şəkil göndərəcəm.
Read more... -
Salam. Mən taksi sifariş etmişdim, sürücü çatdığını bildirirdi, amma yox idi, konum olaraq yanlış küçədə olduğunu göstərirdi, dəfələrlə zəng etməyimə və mesaj yazmağıma baxmayaraq cavab verilmirdi. Və ödəniş kartla idi, mən məcbur ləğv etməli oldum. Bu halda müəyyən məbləğ çıxıldı kartımdan. Tələb edirəm, ödənişim geri qayıtsın, çünki sürücü məni gözləməyib, bu açıq acahkar dələduzluqdur.
-
Yemək sifariş vermişəm, yemək çatdırılmayıb. Kuryer söyüşlə danışmamağa başlayıb, nə pulumu qaytarırlar, nə dəstək xidməti düzgün cavab verir. Bir sözlə, ara yerdə pul getdi, nə də baxan oldu. Bu mövzuya dəstək xidmətinə deyirəm, kuryərinə ödənişini elə yeməkləri götürdüyünü, məkanına qaytarsın, özüm gedib götürürəm, cavab belə yazmırlar və dəstək xidmətinə zəng etməyə olmur, heç cür.
-
Salam. Bu gün uşaq sifariş verib gəlib, uşağı götürüb, hələ əlavə birini də götürüb, uşağa ağzından çıxanı da deyib. Mən şikayətçiyəm. Xahiş edirəm, nəzərə alın. Bir sifarişçi götürmək lazımdır, uşaq bilib, klient götürüb əlavə.
-
Taksi unvana çatmamış ləğv etmişəm, amma yenə də ödənişimi geri qaytarmırlar.
-
Как поменять номер телефона? в настройках не могу
-
Salam, mən yoldaşımı Suraxanıdan Günəşliyə yola saldım, mən öz telefonumdan sifariş verdim, bilmədim kartımdan çıxıb. Mənim kartımdan çıxıb sən demə. Düşərkən yoldaşımdan da pul alıb sürücü. Bəyəm sistemdə görmür ki, ödəniş kart vasitəsi ile ödənildi? Ayıb deyil? Utanmırlar bu sürücülər? Əsasəndə xanım olduqda istifadə edirlər, olmaz belə bir şey. Halallıq yaxşı şeydir, şərt 4-5 AZN deyil.
-
Берут на работу малолеток, которые разговаривать с людьми не могут. Никакой этики! Toyota Corolla Fielder 01-СR-947
-
1 ulduzu belə vermək istəmirdim, 0 olsaydı 0 verərdim. Bugün promokodla JFC-dən güya sifariş etmək istəyirdim. Promokodu yazdım, pul çıxıldı, sifariş qəbul edildi. Sonra proqramda sifarişim heç yerdə göstərmədi, mən də dəstək xidmətinə yazdım. Onlar araşdırana qədər 40 dəqiqəyə qızımın nömrəsinə zəng gəldi kuryərdən. Yemək gəlməyinə gəldi, amma 9 AZN fırıldaqçılıq etdilər. Necə mənim nömrəmə olan sifariş qızıma gedə bilər, endirim də etməyiblər ilk sifarişim olmağına baxmayaraq. Dəstək normal cavab vermir, deyirlər, nə sizin, nə də qızımın hesabında sifariş yoxdur, bəs bu yemək bizə hardan gəldi onda. Halbuki sifarişin detalları qızımın hesabında əks olunub, kuryer zəng edənə qədər heç xəbərimiz yoxuydu. Pulu dərhal çıxmağı amma yaxşı bilirlər. Güya sevinirdik ki, endirimlə istifadə etdik, onu da boğazımızda qoydular, mən müştəri olaraq çox narazıyam. Bilmirəm, hansı sistemlə işləyirlər, sifariş qarışıb bir-birinə. Bir də onlardan heç nə sifariş etməyəcəm. Üzür olaraq heç nə etmədilər.
Read more...
Bələdçi.az has no affiliation with Yango. All reviews are added by individual users. Bələdçi.az is not responsible for the content or truthfulness of the experiences. The company rating is calculated based on user ratings.
Yango in Baku reviews, reviews about yango in Azerbaijan, Yango complaint, yango reviews, Yango campaigns, Yango complaint, address
in Baku
