App Bələdçi Mobile App
Download it now!
Get
Bələdçi.az

Review about Birmarket (Umico)

11 months ago

E
Elşən writes:
★
★
★
★
★

05.04.2025 Umicodan ekşn kamera insta 360x4 aldım. 18.04.2025-də kamera işləmədi. 22.04.2025-də umico marketin tədbiqində qeri qaytarmaq üçün müraciət yaradılıb. Kuryer vasitəsi ilə kameranı götürüblər. Umiconun daxili qaydalara görə diaqnostikaya göndərilib və 14 iş gün ərzində nəticəsi barədə məlumat verilməlidir. Artıq 3 aydan çox vaxt keçib, heç bir məlumat vermirlər. Birmarket Whatsappa müraciət olunanda, işçilər gözəl cavab verirlər ki, müraciətiniz müvafiq şöbəyə yönəldirilib, sizi ilə qısa müddət ərzində əlaqə saxlanılacaq, lakin heç kim əlaqə saxlamır, müştərilərə qarşı münasibət məsuliyyətsizdir, birmarketin müvafiq şöbələr whatsappda qeyd olunan müraciətlərlə maraqlanmır, yəni məhsulu alana qədər sən yaxşısan, məhsulla bir problem çıxıbsa başlayırlar yola verməyə uzada uzada, gözəl danışa danışa yola verirlər, nəticədə isə real heçnə olunmur. Daxili qaydalar yaradıblar, amma onlar yalnız kağızda. Bir ayda çox yazmışam ki umiconun şikayət şöbəsində mənimlə kimsə əlaqə yaradsın, cavab yazırlar şöbəyə yönəltmişik, və onunla iş bitir. Umiconun məsul şəxslər heç müştərinin problemləri ilə marağlanmır. Mən özüm müharibə veteranıyam, və onlara bildirmişəm ki məsuliyyətsiz yanaşmayın. Lakin umico qaziyə, müharibə veterana bu cür məsuliyyətsiz yanaşırlarsa, onda sadə müştərilərin vəziyyəti çox ağlamalıdır. Əgər bu yorumu oxuyan varsa mənə inanın, çalışın birmarketlə alış veriş etməyin, məhsul qüsurlu çıxsa sizə kömək olunmayacaq. Onlar üçün müştəri yalnız puldur, müştərinin problemi onlar üçün deyil

Read more reviews about Birmarket (Umico)

📲  Download the Bələdçi Mobile App for Free!

Discover trusted reviews, share your experience, and follow your friends. Make smarter decisions about companies and restaurants in Azerbaijan. Download Bələdçi for free and join a community that shapes reputation.

Download the Bələdçi Mobile App for Free!

Free loyalty program for your restaurant or café

Bring customers back and grow sales with Bələdçi Card — a completely free digital stamp loyalty program for restaurants and cafés. Set up in 1 day.

Download the Bələdçi Mobile App for Free!