Oba Market complaints and reviews
Have you used this company's services?
-
Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 5 mərtəbə adlandırılan ərazidə OBA Marketin filiallarından birində alış-veriş etdim. Kassada olan xanım məhsulu salafan paketə qoya bilmərəm, dedi. Səbəb olaraq salafan paketlərinin digər məhsullar üçün nəzərdə tutulduğunu bildirdi. Bu barədə tədbir görməyinizi xahiş edirəm.
-
Salam, mən Qazax rayonundan yazıram. Mən Oba mağazalarına Sivi vermişəm. İş üçün iş yeri olsa da Sivi verilir, mənə 'işçi yoxdur' deyirlər. Gedib maraqlanıram: hər müdiriyyət öz tanışını, öz qohumunu götürür. Bu nə dərəcədə doğrudur? Bəs Sivi nə üçün veririk, əgər öz qohum-tanışını götürürlərsə?
-
Oba Lökbatan dəniz şadlıq evinin yanı. Dəfələrlə demişəm. 50 manat, 60 manat və daha çox bazarlıq edirəm. Çek verirlər. Çəkdə heç bir yazı görünmür və ƏDV vurmaq olmur. Dəfələrlə deyilir, baxan yoxdur.
-
Şikayətim var, telefona cavab vermirlər. Əlaqə nömrəsi verin.
-
Binəqədi rayonu, Binəqədi ştq, 1-ci mədən/oba 29. Limon aldığım 1.41 tutdu, çekdə 2.33 yazır. İnsanı aldadırlar, belə şey olar? Hələ kassirə deyəndə deyir: "Ora nə qiymət yazılırsa o dur."
-
Mən Oba Qazax 52-də işləyirəm. Mənə Oba bonus köçmür. Mən çox narazıyam. Zəhmət olmasa, bununla əmək haqqının gecikməsinə görə baxılsın. Mən baş ofisə müraciət edəcəyəm. Mən evimə bazarlıq edə bilmirəm.
-
Salam. Mən İsmayılova Lamiyə. Mən Səbail rayon, 20-ci sahədə olan Oba Marketdən şikayətçiyəm. Mənim maddi imkanım yoxdur, yoldaşım işləmir, 3 balam var, lap körpəm 7 aylıqdır. Maddi imkanlarımız çox zəifdir. Bu gün uşaqları marketdə qoydum, dedim burada dursunlar; uşaq bilməyərək arağı qırdı. Arağın qiyməti 26 AZN idi, bizim imkanımız olmadığı halda məcbur ödəniş etdirdilər. Üzr də istədim, qəbul edilmədi.
-
Salam, mənim şikayətim Yeni Yasamal 18 mağazasındandır. Mən Buratino peçenyesi götürmüşəm oradan. Üzərində qiymət 1.33 qeyd olunub. Amma kassada 1.37 çıxır. Kassada belə olanda dedim, elə niyə çıxır? Mənə deyir ki vaxtımız yoxdur. Deyirəm ki mən də işləyirmişəm orada. Tez olan iş idi. Az qalsın ki, məni borclu çıxarsınlar. Çox kobud işçilər idilər. Adam girib bazarlıq etmək istəmir. Mən istəyirəm ki, bu cür işçilərə müvafiq tədbirlər görülsün.
-
Salam. Bakıxanov 19-da olan binanın qabağına kondisioner qoyulub və düzgün qoyulmayıb, küçəni su aparır, qonşu obyektlərin qabağı bərbad halda.
-
Salam. Binəqədi rayonunda yerləşən Oba Marketdəki kassir və işçilərlə bağlı artıq neçə dəfədir ki problem yaşanır. Oba Marketin əlaqə nömrəsinə yazırsan, heç kəs cavab vermir. Xahiş edirəm, kimsə maraqlansın onlarla.
Bələdçi.az has no affiliation with Oba Market. All reviews are added by individual users. Bələdçi.az is not responsible for the content or truthfulness of the experiences. The company rating is calculated based on user ratings.
Oba Market in Baku reviews, reviews about oba market in Azerbaijan, Oba Market complaint, oba market reviews, Oba Market campaigns, Oba Market complaint, address
in Baku
