App Bələdçi Mobile App
Download it now!
Get
Bələdçi.az

Review about Kontakt Home

2 years ago

NH
N. Hüseynov writes:
★
★
★
★
★

09.04.2024 tarixində Kontakt Homedan böyük məbləğdə məhsullar aldıq. Və təəssüf olsun ki, bizə Bakıxanov qəsəbəsindəki yeni açılmış mağazada bələdçilik edən Nigar xanımın yüksək xidmət göstərməsindən sonra, məhsullar çatdırıldıqda bütün neqativ hallar başladı. 6 ədəd stuldan üçü açıq üçü tünd rəngdə, pufik seçdiyimiz rəng deyil başqa rəngdə, divan və kreslo dəstindən kreslonun biri gəldi. Bir sıra qab-qazan hələ də çatdırılmayıb. Bu nöqsanlar haqqında kuryerərə də məlumat verildi. Mağazaya şikayət də bildirdim. Mağazadan bir işçi zəng edib fərqli rəngdə olan stulların şəkillərini istədi və dedi ki, müdüriyyətə məlumat verildi. 1 gün sonra saytlarına yazıb məlumat almaq istədim. Məni whatsapp nömrəsinə yönləndirdilər ki, orda dəqiq məlumat verəcəklər. Həmin whatsapp nömrəsinə də yazıb iradımın qeydiyyat nömrəsini də bildirdim. Amma indiyə qədər hələ də cavab verilməyib. Kontakt Homedan uzaq durun. Heç kimə məsləhət görmürəm.

  • Photo
Read more reviews about Kontakt Home

📲  Download the Bələdçi Mobile App for Free!

Discover trusted reviews, share your experience, and follow your friends. Make smarter decisions about companies and restaurants in Azerbaijan. Download Bələdçi for free and join a community that shapes reputation.

Download the Bələdçi Mobile App for Free!

Free loyalty program for your restaurant or café

Bring customers back and grow sales with Bələdçi Card — a completely free digital stamp loyalty program for restaurants and cafés. Set up in 1 day.

Download the Bələdçi Mobile App for Free!