Azeronline complaints and reviews
Have you used this company's services?
-
İnternet təmamilə yoxdur. Bir neçə dəfə zəng edib demişik. Bəzən zəng edəndən sonra düzəlir, bəzən də yox. Xahiş edirik, birdəfəlik düzəldin.
-
Azeronline replies: 1 year ago
Salam. Bu kimi kəsintilər yaşandıqda zəhmət olmasa, qaynar xəttimizlə əlaqə saxlayın : 8220
-
-
Salam. Azəronline internetinin 18 AZN olan paketindən isdifadə edirdim və müqavilədə 18 AZN üzrə imzalanıb, bir müddət sonra məbləğ 25 AZN-ə qaldırıldı və imkanım çatmadığından demək olar ki, bir ildən artıqdır bağlı qalıb. Xahiş edirəm yenidən istifadə edə bilməyim üçün paket məbləği əvvəlki qiymətinə (18 AZN-ə) qaytarılsın.
-
Azeronline replies: 1 year ago
Salam. Minimum tarif 25 azn-100 mbps təşkil edir.
-
-
Salam, 2 gündür internet işləmir, bağlanmağına az qalmış 2 AZN atdım ki, bağlanmağın işləmədiyi halda, məsaj gəlib ki bu gün son gündür, bu nə dərəcədə düzgündür? Əgər problem varsa, balansdakı məbləği dondurun, problem aradan qaldırıldıqdan sonra aktiv edin də xahiş edirəm, tədbir görün, sizdən cavab gözləyirəm.
-
Azeronline replies: 1 year ago
Salam. Çətinlik davam edirsə qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz.8220
-
-
Bizim 25 manata gücümüz çatmır, ödəyə bilmirik
-
Azeronline replies: 1 year ago
Salam hörmətli abonent. Məlumat üçün qeyd etmək istəyirik ki, müqavilə şərtlərinə əsasən imtina etmək üçün istəyinizi 1 ay əvvəlcədən yazılı və rəsmi şəkildə poçtla Azeronline,Tbilisi pr. 187, AZ1004 ünvanına göndərməlisiniz.
-
-
Salam. Mən 2019-dan Azeronline istifadə edirəm. Yaşlı adamam artıq internetdən istifadə etmək istəmirəm. Bağlatdırmaq istəyirəm, qaynar xəttə zəng vurmuşam xanım deyir ki, 1 ay əvvəlcədən ərizə yazmalısınız və bu bir ayda da internetin pulu odənməlidir və açıq olmalıdır. Niyə? Mən bir vətəndaş kimi internetdən imtina edirəm. Niyə 25 əlavə odəməliyəm? Deyir muqavilə belədir. Müqaviləni bağlayan hansı əməkdaşınız mənim yaşlı insana şərtləri izah edib? Abunə kodu 003400224 xahiş edirəm muqaviləyə xitam verilsin. Və gəlib modemi təhvil alsınlar. Mən odəniş etmək iqtidarinda deyiləm.
-
Azeronline replies: 1 year ago
Salam hörmətli abonent. Qeyd edildiyi kimi,müqavilə şərtlərinə əsasən imtina etmək üçün istəyinizi 1 ay əvvəlcədən yazılı və rəsmi şəkildə poçtla Azeronline,Tbilisi pr. 187, AZ1004 ünvanına göndərməlisiniz.
-
-
Abunə haqqı mart ayından bəri çox baha olduğuna görə ödəyə bilmirəm. Ona görə mənim çətinliyimi nəzərə alıb abunəliyimi ləğv etmənizi xahiş edirəm. 2 aydır dəfələrlə Tovuz nümayəndəniz Elnur müəllimə sizin qaynar xəttə bildirsəm də bir nəticə yoxdur. Aparatınızı gəlib götürmənizi xahiş edirəm.
-
Azeronline replies: 1 year ago
Salam hörmətli abonent.Müqavilə şərtlərinə əsasən imtina etmək üçün istəyinizi 1 ay əvvəlcədən yazılı və rəsmi şəkildə poçtla Azeronline,Tbilisi pr. 187, AZ1004 ünvanına göndərməlisiniz.
-
-
Mən başa düşmürəm. Biz hər ay ödənişi etməmizə baxmayaraq, Yarım saatdan bir Vayfay kəsilir. Həm bizdə, həm də paralel qonşularda. Neçə dəfədir əməkdaşlarınız gəlib yoxlayır, düzəldir, sonra 1 saat keçməmiş yenə kəsilir. Bu nə deməkdir, niyə bir əncam qılınmır? Qarax rayon, Qarapapaq kəndi.
-
Azeronline replies: 1 year ago
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
İnternetin sürəti çox zəifdir, YouTube-da videonu güclə açır.
-
Azeronline replies: 1 year ago
Salam. Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
-
-
Salam. Vallah mən artıq neçə dəfədir zəng vururam, 8220-yə hələ deyirlər ki, baxacaqlar. Sürət yoxdur, bu necə bir haldır, mən başa düşə bilmirəm, evdə internet ola-ola, mən mb-dan istifadə edirəm, belə olmaz. Bu ayın 19 gözləyirəm, azeronlayndan çıxmışam.
-
Azeronline replies: 1 year ago
Salam. Sorğunuz qeydə alınıb.
-
Bələdçi.az has no affiliation with Azeronline. All reviews are added by individual users. Bələdçi.az is not responsible for the content or truthfulness of the experiences. The company rating is calculated based on user ratings.
Azeronline in Baku reviews, reviews about azeronline in Azerbaijan, Azeronline complaint, azeronline reviews, Azeronline campaigns, Azeronline complaint, address
in Baku

Azeronline replies: 1 year ago
Salam. Yalnız veteran , qazi və şəhid ailələri üçün güzəştli tarifimiz mövcuddur.