Bağlama 2 həftədir xarici anbara daxil olub, amma Bakıya yola salınmır. 2 gündür mobil proqramları üzərindən cavab tapmağa çalışıram ki, bağlama ilə bir problemmi var, varsa nədir, yoxdursa niyə Bakıya yola salınmır. Təəssüf ki, müştəri xidmətində qeyri-peşəkar birisini otuzdurublar, yalnız şablon cavablar verir (yola salınanda sizə bildiriş göndəriləcək və s.) və problemi həll etmir. Birinci dəfədir istifadə edirdim, çünki təriflədilər ki, o birilərdən nisbətən yaxşıdır, amma çox peşman oldum. Təəssüf ki, malı geri qaytara və ya başqa daşıyıcı firmaya yönləndirə bilmirəm, yoxsa məmnuniyyətlə geri götürərdim. Çox bərbad.
Read more reviews about Expargo