App Bələdçi Mobile App
Download it now!
Get
Bələdçi.az
Bolt
Bolt

Bolt complaints and reviews

Taxi company Taxi company
★
☆
☆
☆
☆
1.0 / 5.0
Rating: Poor

Bolt provides taxi and passenger transport services in Azerbaijan. On this page, you can read complaints and reviews about Bolt. You can also leave your own review about Bolt.

Have you used this company's services?


5 ★
1%
4 ★
0%
3 ★
3%
2 ★
5%
1 ★
81%
  • A
    Anonymous 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Boltda olan bəzi alçaq sürücülər xanımlara qarşı davranış, etik, subordinasiya qaydalarını pozular. Xanım maşında olarkən sifarişi ləğv edin, məndə telefon donub deyirlər bəzi alçaq sürücülər. Maşında ola-ola xanımdan tələb edir ki, sifarişi ləğv elə, nədir nədir 3-4 AZN özünə qalsın və üstəlik hara sürəcəyi də bəlli deyil, bu cür alçaq şərəfsiz sürücülərin haqqında tədbir görülsün.

  • A
    Anonymous 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    17.12.2024 tarixində, saat 13:27-13:35 radələrində Bolt proqramı vasitəsilə seçim zamanı, 75-BL-859 nömrə nişanlı, Samand SE avtomobilin sahibi olan, Tural adlı sürücü ilə hərəkət zamanı mən sərnişin olaraq müəyyən xoşagəlməz hallar yaşadım. Belə ki, sifariş etdiyim ünvanda sabit dayandığım halda, ünvana gələrkən gecikdi lakin buna baxmayaraq mən sifarişi ləğv etmədim. Hərəkət zamanı isə, mən olduğum ünvanla xəritə arasında uyğunsuzluq olduğunu vurğuladı, mən isə bunun texniki nasazlıqlarla əlaqədar olduğunu və yaxın gələcəkdə bu nasazlığın həll olunacağına ümid etdiyimi bildirdim. Ünvana yaxınlaşarkən, proqramda gediş haqqı 1.70₼ göstərilməsinə baxmayaraq, mən sürücüyə güzəşt etməsini, üzərimdə olan xırda nağd pulun 1.60₼ olduğunu bildirdim, sürücü isə mənə gediş haqqının 2₼ etdiyini və 2₼ ödəməli olduğumu bildirdi. Mənə maraqlıdır ki, Tural adlı sürücü əgər gediş haqqı məbləğini özü müəyyən edirsə, nəyə görə Bolt proqramı vasitəsilə sürücülük fəaliyyəti göstərir. Mən sürücüyə bunun doğru olmağını bildirsəmdə, əsassız əsaslar gətirməyə çalışdı. Belə ki, gah məni mənim sifarişim zamanı ünvanla xəritə arasında uyğunsuzluqla təqsirləndirdi. Gah da, mənim telefonda istifadə etdiyim Bolt proqramını vaxtı-vaxtında yeniləməməklə təqsirli hesab etdi. Mövzunu ictimaiyyətə çatdırmaqda məqsədim, özümü haqlı, sürücünü haqsızlıqda ittiham etmək deyil, sadəcə olaraq daha sadə yollarla, 0.30₼ artıq qazanc əldə etməyin mümkünlüyünə inanıram deyə, bu haqda məlumatı paylaşmaq istədim.

    Read more...
  • A
    Anar 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Öncəliklə şirkətin illərdir aktiv bir müştərisi olaraq komandaya, bütün çalışanlarına, Bolt ailəsinə çox işgüzar, peşəkarlıqlarından, sürücü-müştəri münasibətlərindəki həssas davranışları və duruş mövqeləri dolayısıyla təbriklər və təşəkkür bildirir; bu yeni 2025 - ci ildə böyük uğurlarla daimi zirvədə olmağı arzu edirəm. Təəssüf ki, bu gün, yəni 6 yanvar, Bazar ertəsi tarixində saat təxmini 15:00-15:15 zaman aralığında sifariş etdiyim "econom" sinif Chevrolet Cobalt markalı avtomobilin sürücüsü məndən 10 AZN məbləğində pul tələb edib almışdır. Sürücü əvvəlcədən ünvana gələrkən çox soyuq havada çıxarıb məni xeyli yolda gözlətmişdir. Onlayn gördüyüm Bolt xəritəsində göstəriləniylə bir neçə dəfə yolu səhv salmaqla çətinliklə ünvanı nəticədə məni tapmış, səbəbini soruşduqda isə çox xəstə qrip olduğunu halsızlıdan baş verdiyini söyləmişdir. Yolda gedərkəndə həqiqətən burnunu tez-tez sildiyini bir neçə dəfə ardıcıl asqırmağını gördüm həmçinin özünün ifadə etdiyinə görə ehtiyat etdiyi Corona virusun bir növü olan son zamanlar behs edilən Omicron virusuna yoluxa biləcəyindən behs etdi. Davam etdikcə əvvəldə mənədə vurmağı təklif etdiyi spirti bir neçə dəfə əlinə və rola sıxdı. Ən azından ünvana həmçinin düz çatdırmayıb məni bir neçə kilometr və dəqiqə dolandırmaqla gəzdirib hansısa məsçidin yanında dayanıb. Bir neçə dəqiqə saxlayıb yenidən İçərişəhər metrosuna maşını sürüb. Mənim telefonumun enerjisi çox az olduğundan əlavə vaxt olmadığından, bir qədər əvvəlcədən təxmini "Təzə bəy hamamı" adresi ətrafında ikən yazıb çıxmağını xahiş etdim mənim görüşmək üçün getdiyim dostumdan. O isə artıq çox gözləyə bilməyib. Bakı şəhər İcra Hakimiyyəti binasının park yerindən çıxdığı üçün trass yolunda maşını saxlaya bilmədiyindən mənimlə görüşməmiş getmişdir. Sürücüyə gecikdiyimizdən dolayı, artıq görüşümün ləğv olunduğunu və məni qeyd olunan sonuncu Aydın Məmmədov 85a ünvanına çatdırmağını xahiş etdim. Nəticədə ünvana çatdıqda sürücünün mənim fikirimcə artıq telefonumun enerjisi bitib söndüyündən və gediş haqqını soruşduqda mənə 10 AZN olduğunu bildirmişdir

    Read more...
  • A
    Anar 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    40 AZN Bolt Food kartdan pul çıxıb. Guya 2022-dən borc qalıb. 2025-dir e 😂

  • T
    Tərlan 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Skuter götürdük, 3 dəqiqə sürmədik heç, 10 AZN kartdan pul çıxıldı, zəhmət olmasa, bu məsələyə baxılsın, şikayət edəcəm.

  • N
    Nuray 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Salam. Skuterdən istifadə etmişəm, eyni məsafəni gedəndə 1 AZN qayıdərkən 18.30 m çıxıb, sonra 8.42 qaytarılıb karta, amma 9.88 çıxılıb. Səbəbin bilmək istərdim, mümkünsə.

  • A
    Anonymous 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Сегодня ехали на такси с отвратительным водителем, резко остановил машину грубо ответил «покиньте машину», за то, что мы немного сильно закрыли дверь машины даже сами не зная, что это такую негативную реакцию даст от водителя. Будем жаловаться вышесидящему руководству Bolt.

  • A
    Anonymous 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Bayaqdan 4 dəfə taksi sifariş vermişəm. Sürücülər ləğv ediblər, 3 dəfə pul çıxılıb, 2 dəfə qaytarılıb, 1 dəfə qayıtmır (6,20₼). Əsəb də gedir, pul qayıtmır.

  • F
    Fidan 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Mənim şikayətim var taksidən Ağ rəng Mitsubishi 77-SR-904 adı Ağa, deməli ünvana gəlir görürki uzaq məsafədi sürüb gedir. 20 dəqiqə öncə sifariş etmişəm Milli Onkologiya mərkəzinin qarşısına yeni əməliyyat olub anam, ayaq üstə zorla durur. Bu şofer şərəfsizlik edir, ya taksiyə oturursan yalandan gözləmə əlavə edirlər 1 AZN artıq pul yazırlar, ya öz yolları ilə çıxıb gedirlər, ünvana səni başqa yolla aparıb səndən 2 qat pul alırlar. Ya da ki başqa təzə maşınla qeydiyyatdan keçiblər, köhnə Prius gəlir nə gündə zəng edib deyillərki maşın o deyil bu rəngə bu nömrədədi, ya da maşına oturan kimi deyirlər sifarişi ləğv edə bilərsiniz, nədi, nədi faiz tutulmasını? Və ya sifarişi götürürlər, gəlmirlər, səndə yağışda küləkdə gözləyirsiniz, gəlməyəcək, səndə niyə sifarişi götürürsən ki? Və mədəniyyətdən insanlıqdan xəbərləri olmayanlardır, maşını vəhşi kimi sürürlər, biri maşına oturan kimi deyir ki, artıq pul alacam, mən başa düşmədim, biz niyə artıq pul ödəməliyik? Oturduqları oturacağı o qədər geri verirlər ki, arxada oturmağa yer yoxdur, bu müştəri harda otursun bunların qucağında? Niyə bu taksi şoferlərinə mədəniyyət dərsi keçmirsiniz? Və mədəniyyətdən insanlıqdan xəbərləri yoxdur və insanlıqdan, keçən dəfə biri başlayıb dərdin danışır, onkoloji xəstəm var, pul dilənir, hamının xəstəsi var ayıbdır, sifarişi götürürlər, amma mədəniyyətdən xəbərləri yoxdur və insanlıqdan. Keçən dəfə biri başlayıb dərdin danışır, ankaloji xəstəm var, pul dilənir, hamının xəstəsi var ayıbdır. Sifarişi götürür gəlir ünvana çatir görürki Masazıra gedirik, ləvğ edir qayıdır, ya da ləğv etmir gözləyir ki sən ləğv edəsən ona mənfi gəlməyə

    Read more...
  • EZ
    Elşən Z. 1 year ago
    ★
    ★
    ★
    ★
    ★

    Salam, Bolt sürücülərinin əksəriyyəti Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsinə getməkdən imtina edir. Səbəb olaraq geri qaydanda boş qayıdacam deyirlər. Biz neyniyək, taksiyə minməyək ya Səngəçaldan köçək. Bakı şəhərinin ərazisinə imtina etmək nə deməkdir bu. Zəhmət olmasa, sözügedən məsələni həll edin. Əks halda Dövlət qurumlarına müraciət olunacaq.

Bələdçi.az has no affiliation with Bolt. All reviews are added by individual users. Bələdçi.az is not responsible for the content or truthfulness of the experiences. The company rating is calculated based on user ratings.

Bolt in Baku reviews, reviews about bolt in Azerbaijan, Bolt complaint, bolt reviews, Bolt campaigns, Bolt complaint, address in Baku

📲  Download the Bələdçi Mobile App for Free!

Discover trusted reviews, share your experience, and follow your friends. Make smarter decisions about companies and restaurants in Azerbaijan. Download Bələdçi for free and join a community that shapes reputation.

Download the Bələdçi Mobile App for Free!

Free loyalty program for your restaurant or café

Bring customers back and grow sales with Bələdçi Card — a completely free digital stamp loyalty program for restaurants and cafés. Set up in 1 day.

Download the Bələdçi Mobile App for Free!
Want to anonymously submit a complaint about Bolt? Write a review