Bakcell rəhbərliyinə və müştəri xidmətləri şöbəsinə, Çox sərt və haqlı narazılığımı bildirmək məcburiyyətindəyəm. Hazırda təqdim etdiyiniz ən aşağı aylıq tarifin 11.99 AZN olması heç bir məntiqə sığmır və abunəçilərin hüquqlarının pozulmasıdır. Bir düşünün, ölkədə yaşlı insanlar, təqaüdçülər, yalnız nömrəsini aktiv saxlamaq istəyən və ya ay ərzində demək olar ki, internetdən istifadə etməyən minlərlə sadə insan var. Bu kateqoriyadan olan vətəndaş məcburdurmu ki, hər ay gəlib 11.99 AZN ödəsin? Onlar bu qədər interneti və dəqiqəni neynəyəcəklər? Bu, açıq-aşkar insanların cibinə girməkdir! Bütün abunəçilərin adından tələb edirik ki, məsələyə məntiqli və insafla yanaşılsın. Heç olmasa, 2-3 manatlıq, yalnız nömrəni aktiv saxlamaq (minimal danışıq və ya baza imkanları ilə) üçün əlçatan və ucuz tarif paketləri bərpa edilsin və ya yenidən çıxarılsın. Bu istək tək mənim yox, bütöv Azərbaycan xalqının, xüsusən də aztəminatlı təbəqənin və yaşlıların ümumi tələbidir. Nəzərə alacağınıza ümid edirik. Onsuz da adətən belə müraciətlərə səssiz qalarsınız, amma bəlkə bu dəfə insafa gəlib xalqın səsini eşidərsiniz və real bir addım atarsınız! Hörmətlə və böyük narazılıqla, Bakcell abunəçisi
Read more reviews about Bakcell