App Bələdçi Mobile App
Download it now!
Get
Bələdçi.az

Review about Bakcell

1 year ago

V
Vüsalə writes:
★
★
★
★
★

Bakcelldən şikayətçiyəm. Nömrəmdən bir neçə dəfə pul çıxılıb, hər dəfə maraqlanmışam, deyiblər ki, hansısa xidmətə qoşulmuşam. Mənim xəbərim olmadan hansı xidmətə və necə qoşulmuşam? Bu çox maraqlı məsələdir. Bunu görüb bir neçə müddət bundan əvvəl zəng etdim 555 dedim ki, xahiş edirəm, mənim nömrəmi mənim razılığım olmadan heç bir xidmətə qoşmayın, boş boş sms-lər göndərməyin, mənə onlar maraqlı deyil. Dedilər ki, narahat olmayın qeyd etdik, nəzərə alınacaq. Cari ilin 23 oktyabr tarixində sms gəldi ki, hansısa paket yeniləndi. 21 manat konturum var idi, bir də gördüm ki, 8.50 manat qalıb. Bununla bağlı yaxınlaşdım Bakcellin Müştəri xidmətlərinə mənə dedilər ki, sms-i deaktiv edin, kontur çıxmasın. Qeyd etdim ki, mən heç bir paketə qoşulmamışam. Mənə bildirildi ki, telefonuma göndərilən sms-ə əsasən xidmət 2 gün pulsuz, sonrakı günlərdə isə hər gün üçün 0.25 qəp. pul çıxılıb. Mənim razılığım olmadan nə üçün Bakcell tərəfindən nömrəmi həmin paketə qoşub 21 manat məbləğində olan konturumu çıxıb 8.50 man ediblər? Dedilər ki, rəhbərliyin tapşırığıdır. Bakcellin rəhbərliyi Azərbaycan vətəndaşından oğurluq etməyi tapşırıb? Bu çox maraqlı yanaşmadır. Oğurluq özgənin əmlakını gizli olaraq talamadır. Bu hal da, gizli şəkildə vətəndaşın pulunu oğurlamaqdır. Tarifləri qaldırmaq istəyirlərsə, bunu şəffaf şəkildə etsinlər, hamı bilsin. Vətəndaşdan gizli şəkildə oğurlamaq eyib deyilmi???

Read more reviews about Bakcell

📲  Download the Bələdçi Mobile App for Free!

Discover trusted reviews, share your experience, and follow your friends. Make smarter decisions about companies and restaurants in Azerbaijan. Download Bələdçi for free and join a community that shapes reputation.

Download the Bələdçi Mobile App for Free!

Free loyalty program for your restaurant or café

Bring customers back and grow sales with Bələdçi Card — a completely free digital stamp loyalty program for restaurants and cafés. Set up in 1 day.

Download the Bələdçi Mobile App for Free!