App Bələdçi Mobile App
Download it now!
Get
Bələdçi.az

Review about AZAL

5 months ago

EA
Elnur Abbasov writes:
★
★
★
★
★

Azal şirkəti yalandan xidmətdən dəm vurur, ancaq yük çamadanlarını vəhşi kimi tullayıb sındırırlar; sonra da şikayət edəndə müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışırlar, vətəndaşın malına, mülkünə ziyan vururlar, buna cavabdehlikdən isə yayınırlar. 24.01.2026-cı il axşam saat 19:00-da Ankaraya uçan təyyarə ilə oğlumu yola saldım; Ankaraya çatanda yük çamadanını götürəndə gördüm ki, çamadanın təkərlərini Azalın əməkdaşları sındırıblar. Azalın rəsmi saytına, e-mail ünvanına yazmışam; dedilər çamadanın şəklini və baqaj nömrəsi olan kağızı çəkib e-mailə, şikayətin arxasına qeyd edərək göndər. Mən də dedikləri kimi etdim; bu gün də e-mail ünvanıma yazıblar ki, hansısa PİR sənədi də olmalıdır. Sındırdıqları çamadanı kompensasiya etməmək üçün vətəndaşı bezdirməklə məşğuldurlar; qısacası, vətəndaş yorulsun, şikayətindən vaz keçsin — budur Azalın əməkdaşlarının məqsədi. Sonra da "xidmətlərimiz" deyə öyünürlər; 1 kq artıq yük olan kimi dərhal 23 kq-ın pulunu alırlar, 140 manat. Ancaq məsuliyyətlərini dərk etmirlər, sərnişinin çamadanını sındırırlar. Azal rəhbərliyi buna biganə yanaşır.

Read more reviews about AZAL

📲  Download the Bələdçi Mobile App for Free!

Discover trusted reviews, share your experience, and follow your friends. Make smarter decisions about companies and restaurants in Azerbaijan. Download Bələdçi for free and join a community that shapes reputation.

Download the Bələdçi Mobile App for Free!

Free loyalty program for your restaurant or café

Bring customers back and grow sales with Bələdçi Card — a completely free digital stamp loyalty program for restaurants and cafés. Set up in 1 day.

Download the Bələdçi Mobile App for Free!