Araz Supermarket complaints and reviews
Have you used this company's services?
-
Youtube'da, Tiktok'ta Araz marketler hakkında yazdığım güzel sözlerin sebebi Ağa Nimetullah 70A'ya yerleşen Araz markette çalışan müdür, administrator, başsatıcı ve işçi Abuzer'di. Bugün duydum ki Abuzer'i işten çıkarmışsınız ve kızlar dedi ki müdürü de işten çıkaracaksınız. Ben Araz'dan en çok alışveriş yapan müşterilerden biriyim. Abuzer işine dönmezse, müdürü de işten çıkarsanız ben artık kesinlikle ve kesinlikle Araz markete girmeyeceğim.
-
Vaxtı keçmiş mallar satırsınız!
-
Neftçilər 2 filialının administratoru Fərqanədən şikayətçiyəm. Hamıya acı danışır. Vəzifəsini düzgün yerinə yetirmir, qışqırır, özünü normal aparmır. Və qarşısı alına bilmir.
-
Araz Space superstore-dakı Kamran adlı mühafizəçi 23.12.2025-ci il tarixində mənim Rossmandan hər hansı bir məhsula əyib baxdığım zaman cibimə qoyduğumu əmin şəkildə bildirdi. Mənimlə sərt danışdı, iddiasını sübut edə bilməsə də, üzr istəmədi. Sona qədər də kobud davrandı, qeyri-etik davranış sərgilədi!
-
Salam, Elmlərdə yerləşən Araz minimarketdə işləyən dönər hazırlayan qadın müştərilərlə çox kobud rəftar edir və üz mimikaları da çox aqressivdir. Bu gün dərs çıxışı marketdə qrup yoldaşlarımla oturub bulku yeyəndə həmin işçi bizə qışqıraraq sərt bir şəkildə 'oradan durun' dedi, amma orada gözləyən yox idi, olsa biz də başa düşürük ki, durmaq lazımdır, həm də biz yeməyimizi bitirməmişdik, qısaca çox hörmətsiz yanaşdı və sırf buna görə bir daha o marketə girməyəcəyik.
-
Sadəcə bir nəfər müştərini qəbul edir, növbə sayı hesabı bilinmir.
-
Nərimanov Metrosu yaxınlığında Araz super arketdə gastronomda olan işçi xanınmların danışıq qabiliyəti tərzləri heç iç açıcı deyil, çox mədəniyyətsiz davranış edirlər.
-
"Araz" mağazası haqqında rəy – Azadlıq prospekti, Binəqədi şossesi, ev 244 ünvanında yerləşir Uzun müddətdir ki, bu mağazadan hər gün alış-veriş edirəm, çünki evimə yaxın yerləşir. Təəssüf ki, burada müşahidə etdiyim davranışlar xoşagələn deyil. İşçilərin kobud və sayğısız münasibətini uzun müddət görməməzliyə vurmağa çalışmışam, amma bu hal davamlı şəkildə təkrarlanır. Xüsusilə, mağazada müştəri sayı çox olanda rəhbərlik kömək etmək əvəzinə şəxsi telefon danışıqları ilə məşğul olur. Kassa arxasına keçdikdə isə məhsulları kobud şəkildə atırlar, bu da müştəriyə hörmətsizlik kimi görünür. Bəzən elə təəssürat yaranır ki, bəzi əməkdaşlar vəzifələrinin məsuliyyətini unudurlar. Bundan əlavə, mağazada tez-tez keyfiyyətsiz və köhnəlmiş məhsullar satılır. Bəzi hallarda məhsulun üzərindəki tarixlərin dəyişdirildiyi və ya son istifadə müddətinin yenidən yazıldığına dair şübhələr yaranır. Bu cür halların aradan qaldırılması üçün daha ciddi nəzarət və müştəri məmnuniyyətinə yönəlmiş yanaşma vacibdir.
Read more... -
Salam, 31.08.2025 tarixində təxminən səhər saat 8:00 radələrində Bakı-Ələt yolundakı filialınızdan alış-veriş etdim və ödənişi kartla edəcəyimi bildirdim. İlk cəhddə ödənişin baş tutmadığını bildirdilər və ikinci dəfə kartı yaxınlaşdırdım post terminala. Sonda məlum oldu ki, ödəniş iki dəfə çıxıldı. Bildirdilər ki, ödənişin biri gün ərzində sizə geri qaytarılacaq. Hələ də ödəniş qaytarılmayıb. Məbləğ 40.07 AZN. Zəhmət olmasa, məsələyə baxıb məbləğin geri qaytarılmasını təmin edəsiniz.
-
Salam. Xətai rayon Cavanşir küçəsindəki Araz marketdə toyuq məhsulu aldıq, işlənmişdi. Qaytarmaq üçün çek tələb elədilər. Bizdə çəki tapa bilmədik. Qaytarılmadı.
Bələdçi.az has no affiliation with Araz Supermarket. All reviews are added by individual users. Bələdçi.az is not responsible for the content or truthfulness of the experiences. The company rating is calculated based on user ratings.
Araz Supermarket in Baku reviews, reviews about araz supermarket in Azerbaijan, Araz Supermarket complaint, araz supermarket reviews, Araz Supermarket campaigns, Araz Supermarket complaint, address
in Baku
