Were you dissatisfied with the service or product of a company?
Or were you satisfied? Share your experience with everyone on Bələdçi.az
Yeni dəyişdiyim kartdır, problem odur ki, siqnal vermir və kanallar bloklanıb. Yenidən siqnal verilir, amma gəlmir, hər dəfə də mən Yasamala yaxınlaşa bilmirəm. Həm qiyməti qaldırmısınız, hem xidmət olunmur.
Salam, mən başa düşə bilmirəm, internet çəkiləndə 20 AZN idi, daha sonra oldu 25 AZN. Hər ayın 25-i ödəniş vaxtı idi, hər ay 2 gün geri çəkə çəkə gəlib çıxıb ayın 21 nə belə şey olar? istəmirəm, gəlin bağlayın yığın modeminizi yaxşı yol, özümdə xidmətdə olan hərbiçi və vətən müharibəsi iştirakçısı veteranam.
Azeronline replies:
Salam. Ətraflı məlumat təqdim edə bilməyimiz üçün abunə kodunuzu qeyd etməyiniz xahiş olunur.
Çox pis. Bu provayderə keçəni əsəbləşməkdən bezmişik. Kəsintilər çoxdur. Tv pis halda göstərir. Şikayət edirsən, nəticə yoxdur. Yenidən başqa proveyderə keçməyə qərarlıyam. Sabah dəyişəcəm.
Bank tərəfindən 224 AZN məndən komissiya tutulub, halbuki tutulmamalı idi, zəng vurdum, dedilər səhvlik olub, pulunuzu geri qaytaracağıq, 5 iş günü ərzində. 20 gün keçib hələ də pulu geri qaytarmıyıblar və eyni sözləri deyirlər, səbirli olun, araştırma aparılır. Nəyi araştırırlar, hələ də özləri bilmir. Deyirlər bank səhv edib, pulu səhvliklə tutulub və sonrada deyirlər araşdırma aparırlar. Hər dəfə başqa operator götürür, məcbur oluram, ona təzdən izah etməyə olanları oda axırda deyir səbirli olun, heç bir qanuna sığmayan və dovlət organlarının nəzərinən yayınan məqamlardan birinə çevirirlər!
Read more...Hələ 1 ay deyil, telefon almışıq, amma mesaj gelib ki, qeydiyyatdan keçin. 1 ay sonra bağlanacaq. Bu necə olur? İlk dəfədir ki burdan telefon alıram. Kontaktan almışam hemişə. Belə şeylər olmayıb. Indi bir ay sonra mən niə onu qeydiyyat etməliyəm?
Sürücü sifarişini ləğv etdim (planım dəyişdi), utanmaz utanmaz kart göndərib pul tələb etdi, ödədim + kartımdanda uber pul çıxdı.
Salam, Göyçay rayonunun Məlikkənd kəndindən yazıram, neçə dəfələrlə zəng edib müraciət edirəm, interneti çəkdirmək istəyirəm, gəlib nə çəkən var, nədə ki bir şey deyən var, abunə kodumda var.
Azeronline replies:
Salam. Sorğunuzu qeydə aldıq.
Oktyabrın 1-i bağlama onlara daxil olub, 6-sı kuryerə təhvil verilib, ayın 18-i bağlama itib yazırlar. Ən məsuliyyətsiz şirkət! Birinci dəfə deyil.
Crescent Mall-da çox gec hazırlanır, çox pisdir.
Nə vaxta kimi işləməyəcək Bu kart? Iki həftəyə düzələn proqram iki aydan çox keçib hələ də düzəlməyib? Bu gədər özbaşnalıq olar? Niyə rəsmi məlumat paylaşılmır? Bu neçə vaxt istifadə edə bilmədiyimiz vəsaitin aqibəti necə olacaq? Maddi mənəvi təzminat ödənilməlidir belə hallar üçün! Qiyməti mənfidir, sadəcə məcburiyyətdən 1 qoydum.
Каждый второй заказ приходит не полностью. Возврат денег не приходит на карту с которой была оплата. На письма не отвечают. Заказ курьер не приносит, берет деньги снимает у меня с банка и не возвращают. Также хочу сообщить в последний раз я отказалась от заказа, ну деньги мне не вернули, курьер бросил. Также заказывала пахлаву, которые мне принесли совсем в ужасном виде, маленькие, не описываются сколько грамм. На фотографии ставят большие, а приносят маленькие совсем маленькие. Также шекербура маленькие, ужасно все, вкус ужасный, старые. Пишешь им, не отвечают, возврат не хотят делать. Отвечать не хотят, сервис деньги берут просто так. Хотя говорили что сервис деньги для того чтобы улучшить свою работу. Мы против, если они не хотят работать пусть освобождают место для других, также хочу добавить с утра хочу сделать закуп, не получается. Может это к лучшему, люди пусть не закупаются это они не хотят наверно
Read more...Salam, internet işləmir. Yaşlı, tək qalan qadınam, xəstəyəm, evdən çıxa bilmirəm, ayaqlarım işləmir, deyirlər müqavilə bağlamaq lazımdı. Mən gedə bilmirəm, axı heç yerə. Mənə köməklik edin, internetimin ödənişidə var. Mənə kömək edin.
Azeronline replies:
Salam. Zəhmət olmasa abunə kodunuzu tam şəkildə qeyd edin sizə məmnuniyyətlə dəstək olaq.
Во-первых хочу сообщить, что мы клиенты когда не принимаем товар тогда курьер не берет ответственность за закуп, бросает как хочет и куда хочет уходит. И твои деньги не возвращают, хотя раньше ты могла бы отказаться от закупа по причинам. Пишешь помощникам, они вообще не отвечают, хотя берут сервис деньги. Прошу удалить вольт если вот так работает, я клиент который в день делает закуп иногда бывает больше 100 манатов, но нет никакого уважения в данный момент. Опять жду ответ, нету ответа со вчерашнего дня
Salam, mən dünan axşamdan şikayət etmişəm ki, internet işləmir, hələ də maraqlanan yoxdur
Azeronline replies:
Salam. Çətinlik aradan qaldırılıb.
1 ay bundan əvvəl maaş kartım qaldı bankomatda. Həmin dəqiqə bankla əlaqə saxladım. Dedilər ki tezliklə bu məsələ həllini tapacaq. Dəfələrlə bankla əlaqə saxlamışam, hər dəfə deyirlər ki sizinlə əlaqə saxlanacaq. Nə kartımı verən var, nə də ki mənimlə əlaqə saxlayan. Biabırçılıqdı Vallah. Müştərisinə bu qədər laqeydlik düzgün deyil.
25 AZN ödmüşəm, wifi açılmır. 1 ay 14 gündür ödəmirdik, ödədik açılmadı. İndi 25 AZN yenə vurmalıyam. 🤔
Azeronline replies:
Salam. Tarifiniz 25 azn - 100 mbpsdır.
Salam mən müqavilədə 15 AZN 40 mbsan müqavilə bağlamışam, birdən birə 25 azn qalxması düzgün deyil. Mənə 40 mbsan də bəs edirdi, mənim şirkətim yoxdurki 40 mbsan bəs etmiyə. Onsuzda 100 mbsan surət heç yoxdur yenədə 20, 30 mbsandir
Azeronline replies:
Salam. Sürət zəifliyi ilə bağlı müraciətinizi qeydə ala bilməyimiz üçün müştəri kodunuzu qeyd etməyiniz xahiş olunur.
Dünən axşamdan internet dayanıb, xahiş edirəm, köməklik edəsiniz, Ağcabədi rayon Rəncbərlər kəndi.
Azeronline replies:
Salam. Çətinlik davam edir? Abunə kodunuzu qeyd edin zəhmət olmasa.
Вчера был инцидент в 21:13. Автомобиль черный Хендай Санта Фе, номер машины 77 LJ 259, водитель орал на всю машину, решал свои семейные проблемы, водил фиг пойми по какой дороге, еще чуть попали бы в аварию, из за того что водитель был сфокусирован на своих семейных проблемах, мы туристы приехали сюда отдохнуть, а не слушать по дороге чужие проблемы.
Mənim məhsullarım artıq gəlib lakin mən hələ də götürə bilmirəm. 28 May filialına qeyd etmişdim, hər dəfə soruşanda elə yola verirlər. Xahiş edirəm ciddi yanaşın.
Salam. Mən iyun ayından robot tozsoran almışam, roborock. Və sentyabr ayından tozsoran xarab oldu. Su buraxdı və səs verirdi. Qeyd edim ki, tozsoran 3000 AZN-a almışam. Servisə apardıq, servisdən xəbər verdilər ki, rəsmi servislərinə göndərilib "roborock"un. 16 iş günü heç bir məlumat mənə vermirdilər, belkə 100 dəfə yığmışam bunlara. Bu gün götürmüşəm tozsoranı, və rəydə yazıblar ki, nəsə ilişib qalıb orda. Indi sualım onlaradır, 16 iş günü sizə lazım oldu ki, biləsiniz ki, içində nəsə qalıb? Və ona görə rəsmi servisə göndərərlər məhsulu? Çox dələduz şirkətdi. 2 ayın tozsoranıdır, 1 il zəmanəti var, və onun 1 ayı sərvisdə qalıb. Çox ayıb olsun.
Read more...Ölkədə ən keyfiyyətsiz internet.
Oчень отвратительная компания, все с браком приходит, закрыть надо
Deməli bir sutkadan artıq vaxtdır, nömrəmdə olan internet paketindən istifadə edə bilmirəm, 777 lə 12 dəfə əlaqə saxlamışam deyirlər texniki şöbəyə yönləndirmişik, burdan nar mobile rəhbərliyinə səslənirəm ayıb olsun sizə, pulu vicdanlı, namuslu qazanmaq lazımdır daha belə insanların əsəbləri ilə oynayaraq yox...
Qaynar xatdə sira nobesini gözdəməyə kontur dözmür, bilmirsən, dərdivi kimə diyəsən instagram səyfələrinə də cavab vermirlər, əməlli bardaqdır.
Xarab məhsulları satırsınız camaata. Yiyədə çıxmırsınız xarab malınıza.
"Bugün saat 5 radələrini Naxçıvanda boltdan istifadə etdik. Yazıb narahat edir, sürüşlə bağlı lazımsız məlumatlar verib narahat edici sözlər deyir."
— Nəzrin
"Salam, mənim aylıq borcum 7 AZN-dir. Niyə aylıq ödənişdən sonra təzdən faktura borc 4.95 AZN olur? Hər ay belə olur. Məni başa salan olsun ki, bu borc nədən yaranır?"
— Sadiq
"Megalink çox bərbad bir şəbəkədir, başqa heç bir söz yoxdur."
— Şahin
"Mən işçi olaraq sizdən cavab ala bilmirəm, nə insan resursları, nə də rəsmisi səhifəniz mənə işdən çıxış barədə məlumat verilməyib. Vəkilim gələn kimi Azərbaycana ilk işim sizi məhkəməyə vermək olacaq..."
— Fəxriyar
Azeronline replies:
Salam. Xəttiniz aktiv görünür. Çətinlik davam edirsə müraciət edə bilərsiniz.